إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İraq ordu qüvvələri Mosul əməliyyatına hazırlaşır

Mosulu qaytarma əməliyyatında vəzifə alacaq 90 ABŞ əsgərinin Ərbilin Mahmur rayonundakı hərbi düşərgəyə yerləşdirildiyi ifadə edilib.

Ahlibeyt.az-ın məlumatına görə, İslamazeri.az "Sputniknews"a istinadən xəbər verir ki, İraq Parlamenti Müdafiə Komissiyasının üzvü Naif Şəməri "ABŞ əsgərlərinin Mosula yaxın bir yerdə yerləşdiyi məlumatını aldıq. Lakin Mosul əməliyyatına qatılıb qatılmayacaqları, İraq hökuməti və Mosul Şəhər Məclisinin qərarına bağlıdır",- deyib.

Şəməri daha əvvəl də koalisiya qüvvələri və ABŞ-ın kiçik hərbi birliklərinin təyyarələrlə Mosulun Rəbiyə nahiyəsinə endirildiyini xatırladaraq, "Bu birliklər İraq hökuməti, Kürdüstan bölgəsi və koalisiya qüvvələrinin meydana gətirdiyi əməliyyat birliyi tərəfindən istiqamətləndiriləcək. Mosul əməliyyatı üçün hazırlıqlar davam edir. Çox gecikəcəyini sanmıram.",- deyib.

ABŞ-ın xarici işlər nazirinin müşavir müavini Brett McGurk başçılığındakı hərbi heyət həftə içində Ərbildə İraq Kürd Regional Rəhbərliyi başçısı Məsud Barzani və Baş nazir Nəçirvan Barzani ilə görüşmüşdü. Qeyd edək ki, İraqın ikinci ən böyük şəhəri olan Mosul 10 iyun 2014- cü ildə İŞİD terror təşkilatının əlinə keçmişdi. Mosulun qurtuluşu üçün təşkil ediləcək hərəkatın yaxın olduğu ifadə edilir.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 Sentyabr, 2015  12:15 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!