إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İslam peyğəmbəri və Bəqidə dəfn olunmuş dörd İmamı ziyarət edənlərə əngəl törədilir-Video

Amma biz bu gün görürük ki, sadəcə olaraq qadağalar ancaq əhli-beytin, yəni 4 imamın qəbrinə yaxınlaşmaq hamıdan daha çox bunlar üçün təhlükə doğurur

Ahlibeyt.az-ın məlumatına görə bunu AnsPress-in müxbirinə Həcc ziyarəti səfərində olan Xaçmaz şəhər cümə məscidinin imam camaatı Hacı Zaur Məmmədov bildirib

Hər il Məkkəyə Həcc ziyarəti üçün yola çıxan zəvvarlar mütləq Mədinə şəhərinə gələrək peyğəmbər məscidində Həzrəti Məhəmmədin (əs) məzarını da ziyarət edirlər.
Peyğəmbər məscidi (Məscidi Nəbəvi) zəvvarların ən çox ziyarət etdiyi müqəddəs məkandır.
Картинки по запросу medina hz muhammed
Məscidi Nəbəvi (Peyğəmbər məscidi)

Məscid İslam peyğəmbərinin yaşadığı evinin yerində inşa olunub. Məkkədən Mədinəyə hicrət edən Məhəmməd peyğəmbər (əs) ömrünün sonuna qədər bu evdə yaşayıb. Peyğəmbər dünyasın dəyişdikdən sonra yaşadığı evdə dəfn olunub. Məhəmməd peyğəmbərin (əs) ölümündən sonra isə burda Allah evi tikilib.

Peyğəmbər məscidini müxtəlif zamanlarda sökmək istəyənlər də olub. Lakin Allah müqəddəs ocağı dağıtmaq istəyənlərə bu imkanı heç vaxt yaratmayıb.


Məscidi Nəbəvinin ümumi planda görünüşü

Hətta bunun əyani şəkildə sübutunu məscidin üst hissənində də görmək olar. Bir vaxtlar gümbəzi sökmək istəyən kafirlərdən birini elə ordaca ildırım vuraraq günbəzə yapışdırıb. İllər kecsə də, onun yanmış meyitini ordan qoparmaq olmayıb.

10 minarəsi olan peyğəmbər məscidinin sahəsi 400 min kvadrat metrdir. Dünyanın ən böyük məscidlərindən biri hesab olunan peygəmbər məscidi Məkkədəki Əl-Həram məscidindən sonra ikinci müqəddəs məkandır.

Məscidin İcərisində imamlarımızın adının yazıldığı xüsusi lövhələrdən isə çoxları xəbərsizdir.

Ərazisi kifayət qədər geniş olan peyğəmbər məscidi 650 min müsəlmanın eyni anda ibadət etməsinə imkan verir. Hətta insanların burda günəşdən qorunaraq ibadətlərini rahat şəkildə etmələri üçün məscidin 4 bir tərəfinə çətirlər quraşdırılır. Çətirlər gün çıxanda açılır batanda isə baglanır.


Məscidi Nəbəvinin günbəzi

Lakin bütün bunlarla yanaşı məsciddə təəssüf doğuran bir məqam var. Dünyanın dörd bir tərəfindən islam peyğəmbərinini məzarını ziyarət etmək üçün gələn müsəlmanlara məzarı görməyə icazə verilmir.

İcazənin verilmədiyi daha bir məkan Bəqi qəbrstanlığıdır ki, burda da Həzrəti Məhəmmədin doğmaları dəfn edilib. Bütün bu əngəlləri törədənlər isə məsciddə nəzarat edənlərdir.

Картинки по запросу Baqi

Bəqi qəbristanlığı


“Burada digər qəbirlərin üzərinə getmək, yaxınlaşmaq onlar üçün o qədər də problem deyil. Düzdür onlar ümumiyyətlə qəbir ziyarətin haram bilirlər. Amma biz bu gün görürük ki, sadəcə olaraq qadağalar ancaq əhli-beytin, yəni 4 imamın qəbrinə yaxınlaşmaq hamıdan daha çox bunlar üçün təhlükə doğurur. Məhz bunu qabağını alırlar”, - deyə zəvvarların qrup rəhbəri Zaur Məmmədov bildirib.

Lakin bütün qadağalara rəğmən müsəlmanları peyğəmbərə olan sevgisi saatlarla burda dayanıb kənardan da olsa, ibadətlərini davat etdirirlər.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Sentyabr, 2015  12:14 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!