إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Məscidi Həramın bu hissəsi uçurulacaq (FOTO)

İllər sonra müsəlmanların müqəddəs qibləgahının siması dəyişiləcək-Məkkə şəhərindəki müqəddəs Məscidi Haram ərazisində ucaldılan və Kəbənin bütün möhtəşəmliyini kölgədə qoyan “Zəmzəm Towers” uçurulacaq

Ahlibeyt.az-ın AnsPress-ə istinadən məlumatına görə, dünyada müsəlmanların kəskin etirazı ilə qarşılanan bu qüllə ilə yanaşı ərazidə olan kralın sarayı, Hilton oteli və bir çox bina uçurulacaq. Səudiyyə Ərəbistanı Həcc nazirliyi rəsmilərinin bildirdiyinə görə, 2035-ci ilə qədər söküləcək bu yerlər tamamilə Məscidi Haram ərazisindəki ibadət məkanlarına qatılacaq.

Похожее изображение

“Zəmzəm Towers”

Məscidi Haramın yeni layihəsinin maketi Məkkə şəhərindəki muzeylərdən birində nümayiş olunur. Həmin maketlərdə, Osmanlı dövlətinin Kəbənin ətrafında tikdirdiyi və bir müddət əvvəl sökülən günbəzlər (revaklar) diqqəti cəlb edir. Belə ki, bir müddət əvvəl Məscidi Haramda aparılan genişləndirmə və restovrasiya işləri vaxtı günbəzlər yerindən sökülmüşdü. Türkiyənin o zamankı baş naziri Rəcəb Tayyib Ərdoğanın rəsmi Riyadla apardığı danışıqlardan sonra günbəzlərin yerinə qoyulacağı sözü verilmişdi. Məscidi Haramın yeni maketində isə bütün günbəzlərin yerində olduğu görülür.

Yeni layihəyə görə, Kəbənin ətrafında təvaf sahəsi ⅓ nisbətində genişləndiriləcək. Bundan başqa Məscidi Haram ərazisində minarələrin sayı 12-yə çatdırılacaq. Məscidin xaricində olan ibadət məkanı da olduqca genişləndiriləcək. İbadət kompleksinin üzərində isə fövqəladə vəziyyətlərdə istifadə olunmaq üçün helikopter meydançası olacaq.

Qeyd eedək ki,Ötən həftə Məscidi Haram ərazisində 107 zəvvarın ölümü, 238 nəfərin isə xəsarət alması ilə nəticələnən qəza baş vermişdi. Məscid ərazisində genişləndirmə işləri üçün istifadə olunan böyük kranlardan biri güclü külək nəticəsində aşmışdı. Həcc mövsümü və cümə günü olması səbəbindən Məscidi Haram ərazisində yaşanan izdiham faciənin miqyasını böyütmüşdü.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Sentyabr, 2015  10:01 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!