إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Allaha yaxınlaşmaq düsturu...

Dünən axşam çoxdandır görmədiyim bir tanışımla rasstlaşdım. Özü həm ibadət əhlidir, həm də ki, sağlığına qismət, imkanı da yaxşıdır. Söhbət əsnasında builki həcc mövsümü ilə bağlı qısa dialoqumuz oldu. Tanışım məni inandırmağa çalışdı ki, həccə getmək əbəs bir şeydir və 5000 manatı vəhhabilərə “yedirtmək” düzgün deyil.

Təəssuflər olsun ki, bu gün cəmiyyətimizdə bu cür yanaşmalar az deyil. Məsələn, “həccə getməkdənsə bir yetimə əl tutsun”, yaxud  “apar o pulu uşaq evinə ver” və s. Bəziləri isə “həccə gedənlər şöhrət xatirinə gedir” prizmasından məsələlərə baxır.

Amma... Bunun bir əmması var ki, Həcc İslamda və Quranda vacib əməl olaraq buyurulub. Yəni, imkanı olan hər bir şəxs necə ki, namaz qılır, oruc tutur, xüms verir və s. həccə də getməlidir.

Düzdür, bu sahədə müəyyən neqativ hallar var. Lakin bu o demək deyil ki, həccə gedənlərin hamısı elə şöhrət xatirinə bunu edir. Mən adam tanıyıram ki, 5 ildir qəpik-qəpik pul yığır ki, həccə getsin. Digər tərəfdən bu əməldə riya ən az yayın istisində oruc tutmaq qədər azdır. Çünki normal insan 50 dərəcə istidə 4 milyon insanın olduğu Kəbədə təvafı riya ilə eləməz. Ən azı bir dəfə bu əziyyəti özü dadmayan adam nə qədər danışsa da əbəsdir (Nəzərə alaq ki, söhbət normal insanlardan gedir. Həyatı riya olanın həcci də, təbii ki, riya olacaq).

Bu yerdə Allaha yaxınlaşmaq qəsdi məsələsinə toxunmaq istərdim. Əlbəttə, namaz, oruc, xüms, zəkat, cihad, həcc Allaha yaxınlaşmağın düsturudur. İnsan etdiyi hər bir əməldə ixlas və Allaha yaxınlaşmaq qəsdi nəzərdə tutur. Burada nə qədər riya, digər amillər olsa da bunların içərisində Allaha yaxınlaşmaq da var. Odur ki, bizi Allaha tərəf aparan hər bir əmələ diqqət etməyimiz vacibdir.

Yuxarıda sadaladıqlarımızdan başqa yaxşılıqlara dəvət, pisliklərdən çəkindirmək də islamın əsas sütünlarındandır. Bu gün İslam ehkamlarına qarşı yeri-gəldi-gəlmədi danışanlara türklər demiş, “bir çift lafımız var”. Əgər bir şeyi bəyənmirsinizsə, bu o demək deyil ki, sizin fikriniz doqmadır, yəni elə reallıq da budur. Bəlkə bir az özüünüzə də diqqət edəsiniz və görərsiniz ki, İslamda qüsur yoxdur, bəlkə elə qüsur sizin özünüzdə, yaxud fikirlərinizdədir.

Mənbə:İslam.az

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Sentyabr, 2015  12:33 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!