|
• DünyadaSuriya ordusu Homsda neft yataqları üzərində nəzarəti bərpa edibSuriya ordusu İŞİD terror qruplaşması silahlılarını qədim Palmir şəhərindən şimal-qərbdə yerləşən Cezal neft yataqları ərazisindən sıxışdırıb çıxardıblar. Ahlibeyt.az-ın Report-a istinadən verdiyi xəbərə görə,bu barədə çərşənbə günü Homs əyalətinin qubernatoru Tallyal əl-Barrazi məlumat verib. Onun sözlərinə görə, qum fırtınasından istifadə edən terrorçular iki gün əvvəl neft sahəsini ələ keçiriblər. "Amansız döyüşlərdən sonra Suriya iqtisadiyyatı üçün olduqca vacib olan obyekti nəzarət altına götürmək müyəssər oldu", - deyə Əl-Barrazi bildirib. Atışma nəticəsində İŞİD silahlıları itki verərək Palmirə çəkiliblər. Hökumət qoşunları onları Bayyərat dağlıq ərazisində təqib edir. "Əməliyyat zamanı ən azı 25 terrorçu məhv edilib", - deyə qubernator qeyd edib. "Əl-Vatan" qəzetinin məlumatına görə, şimaldan Homsa "Cəbahət ən-Nüsra" terror qruplaşmasının silahlıları hücuma keçiblər. Orada döyüşlər Talbisə və Əl-Houla yaşayış məntəqələrində gedir. Həmçinin Əl-Xalidi və Keram ət-Turabedə 50-dən yuxarı terrorçu zərərsizləşdirilib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Sentyabr, 2015 11:50 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |