إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Sabah İmam Məhəmməd ət-Təqinin(ə) şəhadət günüdür

İmam Rzanı(ə) şəhid etmək əmrini vermiş Abbasi xəlifələrindən olan Məmun məsum imamların(ə) camaat arasında böyük nüfuza sahib olmasından çox qorxurdu. Buna görə şiələrin öz imamları ilə irtibatlarına nəzarət etmək və imamın bütün addımlarını izləmək istəyən Məmum İmam Rzanı(ə) öz vəliəhdi təyin etmişdi. İmam Rzanı(ə) şəhid etdikdən sonra bu siyasətini davam etdirən Məmun İmam Rzanın(ə) oğlu İmam Cavadı(ə) öz qızı ilə evlənməyə məcbur edir ki, qeyd olunanlara nəzarəti əldən verməsin.

Hicri qəməri təqvimilə 195-ci ildə Mədinədə viladəti olan İmam Cavadın(ə) adı Məhəmməddir. Bir neçə ləqəbi olan olan İmam Məhəmməd(ə) Cavad və Təqi ləqəbləri ilə daha çox tanınmışdır.

İmam Cavad(ə) imamətə çatanda 8 yaşı olmuşdur. Atasının şəhadətindən sonra Məmun istəyirdi ki, onu da öz nəzarətindən qaçırmasın. Çünki Məmun İmam Rzanın(ə) şəhadətini üstündən atmağa çalışsa da camaat həqiqətin nə olduğunu bilirdi. Və bəzi yerlərdə camaat artıq qiyamlar da qaldırmışdı. Digər səbəbdən Məmun istəyirdi ki, İmam Cavadı(ə) öz tərəfinə çəksin. Və qızını ona ərə verən Məmun imamın buna uyacağını təsəvvür edirdi.

Öz qızı Ümmü Fəzli İmam Cavada(ə) ərə verən Məmun imamın evində baş verənlərdən xəbərdar olmaq üçün artıq öz xəfiyyəsini imamın evində otuzdurmuş olur və rahat nəfəs almağa başlayır. İmam Cavad(ə) isə bu evliliklə şiələrini qorumuş olur. Çünki İmam Cavad(ə) özü buyurmuşdur ki, Məmunun bu təklifini qəbul etməsəydim, heyfini şiələrdən almış olacaqdı.

Məmunun ölümündən sonra xilfətə sahib olan oğlu Mötəsim şiəlik və şiələrlə düşmənçiliyi ilə tanınan Abbasi xəlifəsi olmuşdur. Onun düşmənбiliyi üçün bu faktlar kifayətdir ki, o İmam Hüseyin(ə) ziyarətini qadağan edib hərəmini dağıtdırmış və öz oğlu tərəfindən nasibiliyinə görə qətlə yetirilmişdir. Mötəsim atası kimi şiələrə və imamlara(ə) səbrlə davranmağı qəbul etmir və Mədinədə yaşayan İmam Cavadı(ə) xilafətin paytaxtı Bağdada gətizdirir.

Mötəsim yaxşı bilirdi ki, İmam Cavadın(ə) onun bacısına yox, İmam Əli ən-Nəqinin(ə) anasına məhəbbət vardır və eynilə bacısı da imama məhəbbət bəsləmir. Buna görə bacısını İmam Cavadı(ə) zəhərləməyə təhrik edir. Zil-qədə ayının 29-u Ümmu Fəzl üzümə zəhər qatır və İmam Cavad(ə) həmin üzümü yedikdən sonra zəhərlənir və ertəsi gün şəhadətə çatır.

İmamlar(ə) içərisində ən az, 25 il ömür sürmüş Hz.İmam Məhəmməd Cavad(ə) Kazimeyndə öz babası İmam Museyi-Kazimin(ə) qəbrinin yanında dəfn edilmişdir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Oktyabr, 2011  18:42 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!