إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Kadırovdan müsəlman ölkələrinə çağırış - Sabah gec olacaq...

“Əgər bu gün Qərbin insafsız siyasətinə qarşı çıxış etməsək, sabah gec ola bilər"

Ahlibeyt.az-ın AnsPress-ə istinadən məlumatına görə,Rusiyanın Federasiyasının(RF) Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov müsəlman ölkələrinin liderlərini miqrantların probleminə qarşı birləşməyə çağırıb.

R.Kadırov bildirib ki, “əgər bu gün Qərbin insafsız siyasətinə qarşı çıxış etməsək, sabah gec ola bilər".

Kadırov qaçqın axının yaranmasının səbəbini ABŞ-ın və onun qərbli müttəfiqlərinin Yaxın Şərqdə yürütdüyü yalnış siyasətdə görüb.

“Beynəlxalq təşkilatlar, Qərb və ABŞ heç nəyin insan həyatından dəyərli olmadığını deyirlər. Amma təcrübədə onlar Əfqanıstanda, İraqda, Suriyada, Fələstində, Liviyada, Yəməndə, Əlcəzairdə, Sudanda, Somalidə və başqa ölkələrdə on milyonlarla insanın faciəsinə imkan yaradıblar. ABŞ və Avropa bu ölkələri dağıtdı, iqtisadiyyatı məhv etdi, uzunmüddətli daxili münaqişələri dəstəklədi. Müharbələrdən ümidini itirmiş insanlar isə ölkədən qaçmağa məcbur oldular”.- deyə Kadırov bildirib.

Картинки по запросу bejentsi v yevrope

Çeçen lider Avropa dövlətlərinin problemə soyuq yanaşmasından şikayətlənərək, müsəlman öklələrinin lidelərinə müraciət edib.

“Biz onlara kömək etməliyik. Buna görə də Türkiyənin, Səudiyyə Ərəbistanının, BƏƏ-lərin, Qətərin, Omanın, Bəhreynin, Küveytin, İordaniyanın, İndoneziyanın, Malayziyanın, Qazaxıstanın, Türkmənistanın, Özbəkistanın, Azərbaycanın, Tacikistanın və bütün qalan müsəlman ölkələrinin liderlərini bizim qardaşlarımızın müdafiəsinə qalxmağa çağırıram".- deyə Ramzan Kadırov çağırış edib.

Yaxın Şərqdə baş verən silahlı münaqişələr nəticəsində hər gün minlərlə insan Avropaya üz tutur. Onların bəziləri mənzil başına çatmamış ya acından ya da dənizdə boğularaq həyatlarını itirirlər.

2015-ci ilin əvvəlindən Avropaya rahat həyat arzusu ilə yola çıxan 2 min 800 nəfər miqrant Aralıq dənizində həyatını itirib. 6 ay ərzində 366 min 402 miqrant Aralıq dənizinin sularını sağ-salamat keçərək Avropaya daxili ola bilib.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Sentyabr, 2015  12:17 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!