إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ameirkada ilk "İslam Universiteti"nin açılış mərasimi keçirildi

Amerikanın Pensilvaniya əyalətinin "Betlhem" şəhərində  müsəlmanlar tərəfindən ilk dəfə olaraq İslami tədqiqat və araşdırmalar üçün təsis edilmiş "Rispekt" (Ali təhsil və Magistratura) dərəcəli "İslam Universiteti"nin açılış mərasimi keçirilib

Ahlibeyt.az-ın İslamTudey-ə istinadən verdiyi xəbərə görə müxtəlif dinlərin nümayəndələrinin iştirakı ilə keçirilib və bu elm ocağı yeni dərs ilində öz işinə başlayıb

Açılış mərasimi tələbələrdən birinin Quran – Kərimdən ayələrin  qiraəti ilə başlayıb və  Filadilfiyada "Lutran dini mədrəsəsi"nin Patrişa Robinson çıxış edərək bildirib ki, bu kimi layihələrin dünyanın xoş gələcəyinə kömək edə bilər.

Pensilvaniya əyalətinin rəsmilərindən olan Rayan Mekkenzi bu mərasimdə iştirakından məmnun olduğunu bildirib - Ümidvaram ki, bu universitet ölkəmizin gələcək rəhbərlərini yetişdirəcəkdir. Elm və təlimin genişlənməsi radikalizmin kökünü kəsəcəkdir.

Universitetin rəhbəri Süleyman Aris bildirib: "İlk dəfədir ki, müsəlmanlar özləri ABŞ-da İslam Universiteti təsis edirlər. Bu universitetin məsullarının bir çoxu müsəlmanlardır. İndiyə kimi Amerikada müxtəlif universitetlər İslam təlimlərini tədris etsələr də, demək olar ki, bu  təlim dərslərinin hamısı qeyri – müsəlmanlar tərəfindən idarə olunur və həyata keçirilirdi.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Sentyabr, 2015  12:46 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!