إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Səudiyyə və BƏƏ Yəmənə quru qoşunları yeridib (FOTO)

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri(BƏƏ) Yəmənə qarşı hərbi əməliyyatları ölkəni tərk etmiş keçmiş prezidentin xahişi ilə apardıqlarını bildirib

Ahlibeyt.az-ın Ria agentliyinə istinadən verdiyi xəbərə görə,Səudiyyə Ərəbistanı və BƏƏ ordusu quru qoşunları Yəmənə daxil olub.Bunu Yəmənin xarici işlər naziri Riyad Yasin  təsdiqləyib. O, husilərə qarşı hərbi koalisiyanın ölkəyə quru yolla girdiyini bildirib.

Riyad Yasin bildirib ki, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ)quru qoşunları keçmiş prezident  Mənsur Hadiyə tərəfdarlarından ibarət silahlılarla birlikdə Yəmənə daxil olub və tezliklə biz Yəmənin azad olunması bayramını qeyd edəcəyik.

Məlumatda Koalisiya qüvvələrinin məqsədi Yəmənin şərqində yerləşən və əsasən Husilə bağlı"Ənsərəllah"qüvvələrinin nəzarəti altında olan əl-Cueyf bölgəsini ələ keçirmək olduğu bildirilir.

Qeyd edək ki,istefa verərək Səudiyyəyə qaçmış Yəmən prezidenti ölkə iqqtisadiyyatını idarə edə bilməməkdə,Səudiyyənin göstərişləri ilə Yəmən Əl-Qaidəsi ilə əlaqələrdə ittiham olunur.

Xatırladaq ki,indiyədək Səudiyyə Ərəbistanı və koalisiya qüvvələri (Küveyt, Bəhreyn, BƏƏ, Qətər, İordaniya, Pakistan, Misir, Sudan) Yəmən ərazisinə çoxsaylı insan tələfatı və ölkənin infarstrukturunun dağılması ilə nəticələnən hava hucumları keçirib.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Sentyabr, 2015  09:41 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!