إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Azərbaycanın gizlədilən həqiqətləri... (VİDEO)

Bu həqiqətləri 3 gün ərzində bütün dünya görəcək -20 Yanvar hadisələrindən bəhs edən Vahid Mustafayevin “Qanlı Yanvar” filmi dünyanın ən nüfuzlu festivallarından biri olan Monreal festivalında nümayiş olunacaq

Ahlibeyt.az-ın Anspress-ə istinadən məlumatına görə, Festivalın kommunikasiya direktoru Henri Velş bildirib ki, Monreal Beynəlxalq Film Festivalında 65-dən çox ölkə öz filmlərini nümayiş etdirəcək: "Onların arasında kinorejissor Vahid Mustafayevin lentə aldığı “Qanlı Yanvar” filmi də var. Biz burada “Qanlı Yanvar” filminin premyerasını keçirdik. Çox bəyəndik və filmin festivalda nümayiş olunacağına görə çox qürurluyuq. Monreal beynəlxalq film festivalına xoş gəlmisiz”.

Bu dəfəki festivalı 2 milyondan artıq tamaşaçının izləyəcəyi isə bu mədəniyyət və incəsənət bayramının miqyası barədə kifayət qədər məlumat verir. Festivalın gedişini izləyən ANS-in müxbirinin verdiyi məlumata görə, ölkənin müxtəlif vilayətlərindən gələnləri Azərbaycan həqiqətləri ilə tanış olmaq üçün böyük həvəslə filmə bilet alırlar.

“Qanlı Yanvar” filminin dünyanın ən nüfuzlu kinofestivallarından birində nümayiş olunması təkcə müəllifin, yaradıcı qrupun deyil, bütünlükdə Azəbaycan kinomatoqrafının, milli mədəniyyətimizin uğurudur. Bu film Azərbaycanın məhz o həqiqətlərindən bəhs edir ki, bir zamanlar onu hansısa, imperiya maraqları naminə gizlədiblər. Hətta həmin əhval-ruhiyyə Azərbaycanın müstəqillik qazanmasından sonra da uzun müddət davam edib.

Sanki milli azadlıq mübarizəsini, imperiyaya qarşı çıxmış qüvvələrin mübarizə, döyüş əzmini nümayiş etdirməkdən utanmışıq. “Qanlı Yanvar” filmi məhz müstəqillik uğrunda mücadilə barədədədir. Və yalnız Azərbaycan və onun azadlığı haqqında deyil. Burada qoyulmuş mətləblər bəşəridir, hər bir millətə xasdır və buna görə də onu dünyanın hər bir tamaşaçısı öz prizmasından, təmsil etdiyi xalqın azadlıq prizmasından qavrayır.

“Ekran əsəri sentyabrda, 3 gün ərzində Kanada dövlətinin ərazisində nümayiş olunacaq. Bu, isə o deməkdir ki, Kanadada Azərbaycan günləri yaşanacaq.

Artıq 39-cu dəfədir keçirilən nüfuzlu Monreal film festivalında dünyanın ən məşhur rejissorlarının filmləri nümayiş olunur, nümayişlərə isə bir çox tanınmış incəsənət simaları və rəsmilər təşrif buyurur.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Sentyabr, 2015  08:20 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!