|
• Mənəviyyat • MənəviyyatSəadət yolu - Qəlbin halətləri və saflaşdırlmasıQəlbini moizə və nəsihətlərlə dirilt, zöhd və pəhrizlə öldür, yəqinlə gücləndir, hikmətlə işıqlandır.” (Nəhcül-bəlağə”.) Əmirəl-mömininin İmam Əli(ə) ömrünün sonunda övladı imam Həsənə (ə) vəsiyyətin bu hissəsində əsas mövzu insan qəlbidir. İnsanın islahı, tərbiyəsi onun qəlbinin islahından, tərbiyəsindən ibarətdir.Əslində insanlıq sırf qəlblə bağlı bir həqiqətdir. Allaha yaxınlaşmaq istəyən insan hədəfə doğru qəlb yolu ilə hərəkət etməlidir. Paklanmaq istəyən insan öncə qəlbini paklamalıdır. İnsan həyatında əsas rol oynayan məhz onun qəlbidir. QƏLBIN DIRILMƏSI VƏ ÖLÜMÜ Tələb olunan budur ki, qəlb diri saxlanılsın. Qəlbin ölümü insan üçün olduqca böyük fəlakətdir. Amma qarşımızdakı vəsiyyətnamədə qəlbin həm dirildilməsi, həm də öldürülməsi tapşırılır: "Qəlbini moizə və nəsihətlə dirilt, zöhd və pəhrizlə öldür.” Məgər qəlbin öldürülməsi də yaxşı bir iş ola bilərmi? Bəli, bəyənilməyən həyat tərzinin ölümü çox yaxşı işdir. İnsan qəlbi ikiüzlü sikkə kimidir. Onun bir üzünə baxmaq üçün o biri üzünü qapamalısan. Qəlbə aid olan meyl və istəklər həm ilahi ola bilər, həm də heyvani. İnsanı kamala aparan meyllər ilahi, onu alçaldan meyllər heyvanidir. Heyvani şəhvətlər, şeytani istəklər, insanı uçuruma sürükləyən əmmarə nəfs hökmən öldürülməlidir. Bu meyllərin öldürülməsinə, əmmarə nəfsin insana hakim olmasına yol verilməməlidir. Bu meyllər hökmən öldürülməlidir. Əks-təqdirdə insanın tərəqqisinin qarşısı alınacaqdır. Əslində həmin meylləri öldürmək yox, kamilləşmə istiqamətinə yönəltmək lazımdır. Onlardan təkamül məqsədi ilə istifadə olunmalıdır. Əgər insan öz heyvani istəklərini doyurmaq üçün ifrata varsa, bir çox başqa mənfi qüvvələr də canlanacaq, insanı oda çəkəcək. Ona görə də bu meyllər söndürülməlidir. Həzrət (ə) "qəlbi öldür” deyərkən məqsədi qəlbdəki heyvani hisslərin öldürülməsi olmuşdur. Biz həyat dedikdə hərəkət və fəaliyyət nəzərdə tuturuq. Dirilik nəzərimizdə nəfəs almaq kimi canlanır. Bir canlı dayanıb, nəfəs dərmədikdə onu ölmüş hesab edirik. Amma qəlbin diriliyi dedikdə xüsusi bir fəallıq nəzərdə tuturuq. Demək, bəzi fəaliyyətlər nəinki dirilik sayılmır, hətta həmin fəaliyyətlərə görə qəlb ölü hesab olunur. Yalnız insanın kamilliyinə xidmət edən fəaliyyətlər dirilik nişanəsidir. Şəhvət odundan hərəkətə gələn fəaliyyətlər isə hökmən buxovlanmalı, məhv edilməlidir. QƏLBIN DIRILIK AYINI Qəlbin dirilik və ölülüyündən danışdıqdan sonra bu işin hansı yolla həyata keçməsini bilmək faydalı olardı. Qəlb hansı yolla dirilə bilər, heyvani hisslər hansı yolla aradan qalxar? Bu məqsədlərə necə çatmaq olar? Həzrət Əmirəl-mömininin (ə) moizəsindən məlum olur ki, insan qəlbi həyat və ölümə malikdir. Bu qəlbdə bəzi fəaliyyətlərin həyatı, bəzi fəaliyyətlərinsə ölümü faydalı hesab olunur. Qəlbin faydalı həyatı onda ilahi meyllərin hökmranlığından ibarətdir. Qəlbin faydalı ölümü isə ondakı heyvani meyllərin məhvidir. Bəs faydalı həyat və ölümə necə nail olmaq mümkündür? Eləcə də, zərərli həyat və ölümdən necə yaxa qurtarmaq olar? Həzrət (ə) qəlbin dirildilməsi üçün belə tövsiyyə edir: "Qəlbini moizə və nəsihətlə dirilt". Bəli, qəlbin diriliyinə nail olmaq üçün ən yaxşı yol moizə dinləmək və nəsihətamiz kitablar oxumaqdır. Məsələn, Qurani-kərimdən, Peyğəmbər (s) və Əhli-beytin (ə) moizələrindən istifadə olunmalıdır. İnsan özü də özünü moizə edə bilər. Hər bir şəxs ilahi nəsihətləri xatırlayaraq öz nəsihətçisi, vaizi ola bilər. Moizələri dinləmək, oxumaq, xatırlamaq vasitəsi ilə qəlb dirilə bilər. Bütün bunları asanlıqla təcrübədən keçirmək olar. Moizələrdən faydalanan insan öz daxilində müsbət meyllərin oyandığını hiss edir. Məsələn, tənbəllik səbəbindən nafilə namazı qılmayan insan bu mövzuda moizə dinlədikdən sonra həmin ibadətə həvəslənir. Moizədən qabaq televizor qarşısında oturub, vaxtını faydasız filmlərə baxmaqla keçirməyi üstün tutan adam moizədən sonra Quran oxumağa, ibadətə üstünlük verir. Moizədən əvvəl axirət barədə düşünməyən insan moizədən sonra uyğun movzuya maraq göstərir, mütaliə etməyə çalışır. Çünki moizədən qabaq onun qəlbi ölü idi, müsbət meyllər yatmışdır, amma moizə meylləri hərəkətə gətirdi, qəlb canlandı. Bəli, moizə ölü qəlbi dirildi bilər. Yəni moizə insan qəlbini lazım olan istiqamətə yönəldir, müsbət meylləri hərəkətə gətirir. Bəzən də yaş həddi, fizioloji amillər və digər təbii vasitələr insandakı heyvani hissləri gücləndirir. Nəticədə insan elm və bilikdən, ibadətdən uzaqlaşır. Bəzən isə xarici amillər insanı uyğun istiqamətə meylləndirir. Məsələn, bəzi səhnələrin seyri, bəzi söhbətlərin dinlənilməsi uyğun meylləri gücləndirir. Mənfi meyllərin güclənməsi ehtimalı gənclərdə daha çoxdur. Pisliyə meylli gəncin də qəlbi diridir. Amma bu dirilik şeytana doğru hərəkətin fəallığından ibarətdir. Belə bir diriliyə son qoyulmalıdır. Bəs bu alovu necə söndürmək olar? Həzrət (ə) yol göstərir: "...zöhd və pəhrizlə öldür". Bəli, insan maddi ləzzətlərə təslim olmamalıdır. Təhrikedici qidalar qəbul edən, səhnələrə baxan, söhbətlər dinləyən insanın qəlbində şeytani əhval yaranır. Bu meyllərə nəzarət olunmalı, hədd qoyulmalıdır. Mənfi əhvaldan qurtarmaq istəyən şəxs yol tapmalıdır. Mənfi meylə səbəb varsa, təbii ki, o, hərəkətə gəlməlidir. Ona görə də səbəblə mübarizə aparmaq lazım gəlir. Gənclərin fiziki və psixoloji durumundan asılı olaraq, xüsusi ilə böhran dövründə olanlar arasında mənfi meyllərin fəallığı üçün şərait daha münasibdir. Dünyəvi ləzzətlərlə mübarizə yolu çoxdur. Oruc tutmaq, ibadət, ilahi dəyərlər haqqında düşüncə dünya ləzzətlərinə marağı azaldır. Deyilənlərdən məlum oldu ki, insanı Allaha, mənəviyyata, kamilliyə doğru istiqamətləndirən həyat qəlb üçün müsbət sayılır. İnsan vücudunda belə müsbət fəallıq varsa, onun qəlbi diridir. Belə bir fəallıq əldə etmək üçün ən münasib yol moizədir. İnsanı axirət və axirət dəyərlərinə həvəsləndirmək üçün moizə müstəsna rol oynayır. Heyvani şəhvətlərin, meyllərin cilovlanmasından ibarət olan qəlb ölümü isə zöhd və pəhriz vasitəsi ilə əldə oluna bilər. Ardı var.. Mənbə:Ayətullah Məhəmməd Təqi Misbah Yəzdinin insan qəlbi, onun halətləri və saflaşdırılması yolunda "İmam Əli(ə)ın oğlu İmam Həsənə(ə) vəsiyyəti"nə verdiyi şərhin xülasəsi("Əbədi Öyüd" kitabından) Əvvəli:http://ahlibeyt.az/news/a-3638.html Əvvəli: Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 Avqust, 2015 16:51 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |