إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Bütün diktatorları Qəzzafinin aqibəti gözləyir

Bəhreyn şiələrinin lideri Şeyx İsa Qasim Cümə xütbəsində fələstinlilərin İsrail həbsxanalarından azad olunmasını Fələstin xalqına təbrik edərək hələ də İsrail həbsxanalarında dustaq həyatını sürənlərinin də tezliklə azad olunacağını dua etmiş və bütün dünyada nahaqsız insanların həbsxanalardan azad olunmasını istədiklərini bildirib. O deyib ki, fələstinlilərin, xüsusilə də fələstinli xanımların İsrail həbsxanalarından azad olunduğu zaman Bəhreyndə müsəlmanlar, ruhanilər və hətta xanımlar zindanlara atılır. Və bu onu göstərir ki, bu rejim hakimiyyətini əldən verməmək üçün əlindən gələni edir.

 

Şeyx İsa Qasim devrilmiş Qəzzafini misal göstərərək deyib ki, Qəzzafinin aqibəti bütün diktatorlara bir mesajdır ki, əvvəl-axır bütün diktatorların nə vaxtsa sonu çatacaqdır.

Şeyx İsa Qasim deyib ki, diktatorlar gərək Qəzzafinin aqibətindən ibrət alsınlar. Əgər onlar xalqın nifrətini və lənətini qazanmaq istəmirlərsə, gərək xalqın tələblərinə cavab versinlər. Əgər bunu etməsələr eyni aqibət onları da gözləyir.

ABŞ-ı bölgədəki qiyamlara ikili standartlarla yanaşdığına görə qınayan Ayətullah İsa Qasim deyib ki, əslində ABŞ bölgədəki inqilablardan xoşhal deyil. Sadəcə olaraq öz mənfəətini əldən verməmək üçün özünü inqilabçılarla həmrəy və bir yerdə olduğunu göstərmək istəyir.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Oktyabr, 2011  04:56 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!