|
• Mənəviyyat • MənəviyyatAllah-təala Şimrə necə əzab verir?
Əllamə Əminin(ə) oğlu nəql edir ki, atam ağlayaraq mənə dedi: Çoxdandır düşünürdüm ki, görəsən Allah-təala Şimri necə cəzalandırır. Bir gün gecə yuxuda Əmirəl-möminini(ə) çox səfalı bir məkanda gördüm. Və özüm də onun xidmətindəyəm. Yanında iki kuzə var idi. Mənə buyurdu: Əmini, kuzələri götür get və oradan su gətir. Əlilə işarə etdiyi tərəf çox səfalı və təravətli idi. Bol sulu hovuz və ətrafında da yaşıl ağaclar var idi ki, təsvir etmək mümkün deyil. Kuzələri götürüb ora yollandım. Kuzələri doldurub Əmirəl-mömininin(ə) yanına qayıtmaq istəyirdim ki, gördüm hava qızmağa başladı. Uzaqdan bir nəfərin mənə yaxınlaşmasını gördüm. O şəxs nə qədər yaxınlaşırdısa, hava bir o qədər hərarətli olurdu. Elə bil bütün hərarət ondan qaynaqlanır. Yuxuda mənə ilham oldu ki, bu Hz.Hüseynin(ə) qatili Şimrdir. Şimr mənə çatdıqda hava o qədər isti oldu ki, təhəmmül etmək mümkün deyildi. Və az qalırdı ki, məlun Şimr həlak ola. Məndən su istədi. Dedim ki, ölərəm amma sənə bir damcı belə su vermərəm. Birdən mənə hücum etdi. Kuzələrin Əmirəl-mömininə(ə) aid olduğunu bildiyim halda belə onları vurub yerə sındırdım ki, əlimdən ala bilməsin. Kuzənin sınması ilə su dağıldı və buxarlandı. Məndən naümid olan Şimr üz tutdu hovuza tərəf. Mən onun su içib sirab olacağını düşünüb kədərlənmişdim ki, onun hovuza yaxınlaşması ilə hovuz qup-quru oldu. Elə bil illərdir orada su olmayıb. Hovuzun ətrafındakı ağaclar belə solub qurudular. O məyus halda gəldiyi yolla geri qayıtdı. Uzaqlaşdıqca hava yenə sərinləməyə başladı və səfalı və təravətli oldu. Hovuz isə yenə su ilə doldu və ağaclar yam-yaşıl oldular. Hz.Əlinin(ə) hüzuruna gəldim. Hz.Əli(ə) təbəssüm edərək mənə buyurdu: "Allah-təala o məlunu bu cür əzab edir. Əgər o sudan bir damcı içərsə, onun üçün hər bir zəhərdən acı olacaq və çəkdiyi bütün dərdlərdən daha ağır olacaq". Hz.Əli(ə) bu sözləri deyib qurtaran kimi yuxudan ayıldım.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Oktyabr, 2011 01:08 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |