إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İmam Əli (ə) türbəsini ziyarət edən amerikalı İslamı qəbul edib

2008-ci ildə İmam Hüseynin (ə) həyatından bəhs edən kitab oxuduğunu bildirən Lukas içində İslama qarşı xüsusi rəğbət və inam hissinin formalaşdığını qeyd edib.

Ahliibeyt.az-ın İslamazeri-yə istinadla xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatından İraqın Nəcəf şəhərinə İmam Əli(ə)nin məzarını ziyarət etmək üçün gələn Lukas Bornk İslamı qəbul edib.
Hz. İsa(ə)nın Allahın oğlu olduğunu qəbul etmədiyini söyləyən Lukas 2007-ci ildən həqiqi din axtarışına çıxdığını söyləyib. Bir çox dinlərlə tanış olduqdan sonra İslam dinini araşdırmağa başlayıb. 2008-ci ildə İmam Hüseynin (ə) həyatından bəhs edən kitab oxuduğunu bildirən Lukas içində İslama qarşı xüsusi rəğbət və inam hissinin formalaşdığını qeyd edib.
İslam haqda ciddi araşdırmaları onu Hz. Əliyə (ə) yönəldib. O, daha sonra Nəcəf şəhərinə səfər edib və burada İslam dinini qəbul edib. Lukas hislərini belə izah edib: "İmam Əli(ə) türbəsinə daxil olarkən həyəcan məni bürüdü. Ayaqlarım ağırlaşdı, ürəyim bərk döyünməyə başladı. Daha sonra içimə rahatlıq doldu. Özümü qəribə hiss etməyə başladım. Əmin oldum ki, bu mənim axtardığım dindir. Türbədəcə İslamı qəbul etdim".

Lukas Bornk Kaliforniya Dövlət Universitetinin coğrafiya fakültəsinin məzunudur.

 

 

foto

fotoo

fot

ziyaretde

amerka

sekilll

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Avqust, 2015  16:35 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!