|
• DünyadaObama ABŞ Hərbi Hava Qüvvələrinə Suriya ordusuna zərbə endirmək üçün icazə veribABŞ prezidenti Barak Obama ABŞ hərbçilərinin təlim keçdiyi suriyalı üsyançıların mövqelərinə hücum olacağı təqdirdə, ABŞ Hərbi Hava Qüvvələrinə hücum edənlərə, o cümlədən Suriya ordu qüvvələrinə zərbə endirmək üçün icazə verib
Ahlibeyt.az-ın verdiyi xəbərə görə,Apa-nın “The Wall Street Journal”a istinadən verdiyi məlumatda bildirilir ki, Ağ evdən bildirilib ki, bu qərar ABŞ Silahlı Qüvvələrinin Suriya münaqişəsində müttəfiqlərinə verəcəyi dəstəklə bağlı müzakirələrdən sonra qəbul edilib.
Nəşrin mənbələri Pentaqonun suriyalı üsyançılara təlim keçməsinin Əsəd qüvvələri ilə ilk açıq münaqişəyə gətirib çıxara biləcəyindən narahatlıqlarını ifadə ediblər.
“WSJ”in hərbi mənbələri bildiriblər ki, Əsəd qüvvələri ilə birbaşa toqquşma ehtimalı yüksək olmasa da, yaxın perspektivdə istisna deyil.
Pentaqon rəsmiləri isə üsyançıların hökumət qoşunları ilə mübarizə üçün deyil, "İslam dövləti" terror təşkilatı ilə mübarizə üçün hazırlandığını, onların Əsəd rejiminin nəzarət etdiyi ərazilərdə döyüşməməli olduğunu bildiriblər: “Əsəd qüvvələrinin üsyançıların konkret bölmələrinə hücum edəcəyinə inanmırıq”.
Ağ ev yanında Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Alister Baskey ABŞ Silahlı Qüvvələrinə verilən səlahiyyətləri şərh etmək istəmədiyini bildirib.
Pentaqon nümayəndəsi Elissa Smit isə qeyd edib ki, ABŞ-ın Suriya üzrə hərbi proqramı əsasən "İslam dövləti” terror təşkilatı ilə mübarizə üçün nəzərdə tutulub Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Avqust, 2015 12:33 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |