|
• DünyadaBəşər Əsəd - "Qərb ölkələri Suriyada terrorun dəstəklənməsi üçün pul ödəyiblər""Ölkə ərazisinin müəyyən hissini üsyançılara təslim etmək məcburiyyətində qaldıq"
Ahlibeyt.az-ın Anspress-ə istinadən məlumatına görə,bunu Suriya prezidenti Bəşər Əsəd uzun müddət sonra ilk dəfə mediya qarşısına çıxaraq ölkənin hərbi imkanlarına dair bəzi məsələlərə aydınlıq gətirərkən bildirib.
Bəşər Əsəd etiraf edib ki, hazırda ordunun üsyançılara qarşı müqavimət göstərə bilməsi üçün əsgəri sayı kifayətə qədər deyil. Və məhz buna görə hərbi qüvvələr ölkə ərazisinin müəyyən hissini üsyançılara təslim etmək məcburiyyətində qalıb. Onun sözlərinə görə, istənilən halda ordu ölkədə təhlükəsizliyi təmin etməyə qadirdir.
“Terror sərhəd tanımır və onun qarşısını tənqidlərlə və ya koalisiyalarla almaq mümkün deyil. Qərb ölkələri Suriyada terrorun dəstəklənməsi üçün pul ödəyiblər. İnsanların isə gözünə kül üfürməklə, guya ki, Suriyada terrora qarşı hərbi-siyasi və informasiya təşviqatı aparırlar. Suriya Qərbə inanmır. Çünki, Qərb ölkələri indiyə kimi ikili siyasət yürüdür”
Artıq 4 ildən çoxdur ki, davam edən vətəndaş müharibəsi nəticəsində ordu İdlib vilayətinin şimal-qərb hissəsinə nəzarəti itirib.
Müharibə zamanı 230 mindən çox insan öldürülüb, 4 milyona yaxın insan evlərindən qaçqın düşüb.
Müxalif qüvvələr Bəşər Əsədin hakimiyyətdən getməyini birmənalı şəkildə tələb edir
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 İyul, 2015 12:24 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |