|
• DünyadaTürkiyədəki ABŞ-a məxsus "İncirlik" hərbi bazası İŞİD-ə qarşı istifadə oluna bilərİncirlik" hərbi bazası zərurət yaranarsa, İŞİD terror qruplaşmasınaqarşı əməliyyatlarda qismən istifadə oluna bilər". Ahlibeyt.az-ın Anspress-ə istinadən məlumatına görə, bu haqda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanbildirib. Onun sözlərinə görə, Türkiyə terror təşkilatlarının fəaliyyətinin qarşısını almaq üçün hər şeyi edəcək. Prezident qeyd edib ki, Türkiyə Silahlı Qüvvələri bundan sonra da İŞİD silahlılarına qarşı hərbi əməliyyatları davam etdirəcək.
Türkiyə Adana vilayətinin İncirlik rayonunda yerləşən eyni adlı hərbi baza İŞİD-lə mübarizə aparan koalisiya qüvvələrinin istifadəsi üçün açıla bilər.Bu razılaşmanın əsas hədəfi İŞİD və əl Nüsra kimi radikal terror qruplaşmaları olacaq. Ehtiyac olacağı təqdirdə ABŞ və koalisiya qüvvələrinə məxsus İncirlik bazasından qalxan qırıcılar Türkiyə hava sahisəindən keçərək İraq və ya Suriyaya keçə biləcək. İki gün əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Barak Obama arasında baş tutmuş telefon danışığı zamanı bu məsələnin müzakirə olunduğu bildirilsə də bu barədə ətraflı məlumat verilməyib. İncirlik hərbi bazasının girişi Artıq Türkiyə hakimiyyəti ABŞ-na ölkə ərazisində İŞİD terror qruplaşmasının mövqelərinə zərbələrin vurulması üçün aviasiyanı yerləşdirməyə icazə verib. Bu haqda “The Wall Street Journal” amerika qəzetinin elektron versiyası bildirib. Pentaqonda olan nəşrin mənbələri iddia edir ki, "çoxaylıq danışıqlardan sonra Türkiyə ABŞ hərbiçilərinə Suriyayla sərhədə yaxın ABŞ-ın Hərbi Hava Qüvvələrlərinin bazasından İŞİD döyüşçülərinə havadan zərbələr vurmağa icazə verməyə razılaşıb". Söhbət həm təyyarələr , həm də pilotsuz təyyarələr haqqında gedir. İncirlik hərbi bazası Nəşr iddiasına görə, razılaşma Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan və ABŞ prezidenti Barak Obama tərəfindən bəyənilib. Çərşənbə günü onlar Ağ evdə görüşüblər.Bu görüşdə ABŞ və Türkiyə prezidentləri Barak Obama və Rəcəb Tayyib Ərdoğan əcnəbi silahlıların Suriyaya axınının qarşısının alınmasına və Türkiyə-Suriya sərhədinin təhlükəsizliyinin təmin olunmasına dair razılığa gəliblər. Türkiyənin baş nazirliyi Suriyada İŞİD mövqelərinin bombardıman edilməsi barədə açıqlama yayıb. ANS PRESS-in məlumatına görə, açıqlamada deyilir ki, baş nazir Əhməd Davudoğlu iyulun 23-də Çankaya iqamətgahında keçirilən Təhükəsizlik toplantısında sərhəddə yaşanan İŞİD hücumlarını qiymətləndirib və görüləcək təhlükəsizlik tədbirlərinə qərar verib. Türkiyə Suriya sərhədinin xəritəsi Bu çərçivədə Türk Hava Qüvvələri terror təşkilatına aid Suriyadakı hədəfləri vurmaq üçün əməliyyat keçirib. "Saat 03:12 də (Bakı vaxtı ilə 05:12) Diyarbakır hava bazasından 3 ədəd F 16 havaya qalxıb. Saat 03:40 - 03:53 arasında icra edilən hərbi əməliyyat zamanı İŞID-a aid 3 hədəf vurulub. Daha öncədən müəyyən edilən 2 qərargah və 1 toplanma nöqtəsinə 4 bomba atılıb. Qırıcılar saat 04:24-də bazaya geri qayıdıblar.Türkiyə Cumhuriyyəti milli təhlükəsizliyini qorumaq üçün lazımi tədbirləri görməkdə qərarlıdır. İncirlik hərbi bazası uçuş zolağı Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 İyul, 2015 20:55 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |