إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Şəfaət günaha yol açırmı?...

"Fərd şəfaəti bəhanə gətirib nə asanlıqla günah edə bilir, nə də ki şəfaətə tam əmin olur" - Ayətullah Cavadi Amuli

Din və imanı bəyənilən möminlər və Allahın razılığını əldə etmiş kəslər qiyamət günü cəhənnəm odunda əbdi olaraq qalmayacaqlar.Allahın şəfaət vədəsi mütləq deyilidr və onun şərtləri vardır.Buna görə də, heç kəs bilə bilməz ki,günahları şəfaət vasitəsi ilə bağışlanacaqdır. Heç bir kəs də əmin deyildir ki, ömrünün axırına kimi imanını qoruyub saxlaya biləcəkdir.

İman hər an ucurumun astanasındadır, o süqut edə və məhv ola bilər.Digər bir tərəfdən də, insanda tövbə etmək, keçmişi təmizləmək ümüdü də olmalıdır. Belə bir insan həmişə qorxu və ümüdün arasında yaşayır. O qorxudan Allaha pərəstiş edir, ümüdünü də Allahın rəhmətindn üzmür. Beləliklə, onun həyatı şəfaətin olacağı və ya olmayacağı kimi iki sualın qarşısında mötədil şəkildə davam edir.

İkinci bir tərəfdən, İslam dinindəki hüquq və əxlaq normaları, qanun və ehkamlar həm maddi həm də mənəvi sahələri əhatə və inkişaf etdirir,insanın bütün fərdi və ictimai həyatını öz çətiri altına salır.Qanunu pozanın özünə uyğun cəzası olacaqdır. Bu qanun və cəza prosedurasını qoruyub saxlamaq üçün dövlət təsisi edilir, hakim seçilir ki, qanunun aliliyi qorunsun və o icra edisin. Bundan əlavə, cəmiyyətin üzvlərinə dinimzidə bir- birinə nəzarət etmək, aşağı təbəqədən də olsa yüxarı təbəqəyə yaxşılıqlara əməl etmək və pisliklərdən çəkinməyi diqtə edə bilmək ixtiyar və iqtidarı verilir.

Beləliklə də, şəfaəti bəhanə gətirib fərd nə asanlıqla günah edə bilir, nə dəki şəfaətə tam əmin olur.

Mənbə:Shabestan

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 İyul, 2015  11:13 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!