|
• DünyadaMüqtəda Sədr: ABŞ kompensasiya ödəməlidirİraqın "Sədr" hərəkatının lideri Müqtəda Sədr dünən axşam Nəcəfin bir qrup gəncləri ilə görüş keçirib. Görüşdə Müqtəda Sədr bir daha bəyan edib ki, "Sədr" hərəkatı ABŞ ordusunun təyin olunmuş vaxtda yəni 2011-ci ilin sonunadək İraqı tərk etməsində israrlıdır. O deyib ki, İraq hökümətinin görüşü hər nə olursa-olsun biz ABŞ ordusunun bir nümayəndəsinin belə istənilən adla İraqda qalmasının əleyhinəyik. Səkkiz ildə ABŞ ordusunun İraqa və xalqına çoxlu zülmlər etdiyini diqqətə çatdıran Müqtəda Sədr deyib ki, onlar bizim sərvətimizi qarət etmiş, insanlarımız onların ucbatından xəstəliklər tapmış və əlil olmuşlar. Bütün bunlara görə ABŞ İraqa kompenasiya ödəməlidir. Müqtəda Sədr görüşdə həmçinin İraq parlamentarilərindən bir qrupun Kəbəni ziyarətə getməsinə toxunaraq bu işi tənqid edib. O deyib ki, düzdür, hər bir müsəlman Allah evinin ziyarətini arzulayır və bu vacib əməldir. Amma dövlət qulluqçularının bir dəstəsinin ölkənin iş-gücünü atıb bunu etməsi düzgün addım deyil. Görüş zamanı İraqda təkfirçi dəstələrin müsəlmanlara qarşı terror törətmələrinə də münasibət bildirən "Mehdi ordusu"nun rəhbəri təkfirçilərə qarşı mübarizə üçün vəhdətin qorunmasının lüzumluğunu bildirmiş və bunun onların məqsədlərinə çatmalarının qarşısının alınmasında yeganə yol olduğunu qeyd edib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Oktyabr, 2011 20:15 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |