|
• DünyadaSalman Rüşdi peyda olduİslam dinini, Hz.Rəsuli-Əkrəmi(s) və hərəmini öz "Şeytan ayələri" kitabında təhqir etmiş və buna görə İmam Xumeyni(r) tərəfindən ölüm fətvası verilmiş Salman Rüşdi İsrailin "Haaretz" qəzetinə müsahibə verib. Salman Rüşdi müsahibəsində bildirib ki, mənim ölüm fətvam verilən zaman fikirləşdim ki, artıq sonum çatıb. Gizli yaşamağa məhkum oldum və hər şeydən məhrum idim. Ürəyim istədiyim şeyi dilimə gətirə bilmirdim. Amma üstündən 20 ildən artıq keçdiyinə görə mən artıq nə istəyirəm deyə bilirəm. Bu fətva artıq unudulmuşdur. Baxmayaraq ki, qəzetdə onun yeni siması(Salman Rüşdinin üzündə bir neçə dəfə plastik cərrahiyə əməliyyatı aparılıb) verilməsə də müxbir ondan siz küçədə rahat dolaşa bilirsinizmi sualı verib ki, Salman Rüşdi cavabında bildirib ki, bəli artıq bir neçə ildir ki, mən rahat küçədə dolaşıram və heç bir xətər məni gözləmir. Sonda mürtəd Salman Rüşdi bir daha müsəlmanlara "ilişib". O deyib ki, nəyə görə bu müsəlmanlar hər şeyə etiraz edirlər? Dünyada bir neçə dəfə xristianların və yəhudilərin müqəddəsatına təhqirlər edilib amma onlar buna aqressiv münasibət bildirməyiblər. Amma müsəlmanların müqəddəsatına qarşı bir kəlmə işlədilən kimi onlar buna şiddətlə etiraz edirlər. Buna görə mənə belə gəlir ki, İslam cəmiyyətində islahatlar aparılmalıdır. Deyəsən Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Oktyabr, 2011 01:17 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |