إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İranda imam Hüseyn (ə) haqqında çəkilmiş “Qiyamət günü” filminin təqdimatı olub (VİDEO)

"Qiyamət Günü" filminin azərbaycan dilinə tərcümə edilməsinə artıq başlanılıb

İran kinematoqraflarının imam Hüseyn (ə) və onun Kərbəla qiyamı haqqında çəkdikləri səkkiz seriyadan ibarət “Qiyamət günü” bədii filminin təqdimat mərasimi keçirilib.

Ahlibeuyt.az-ın verdiyi xəbərə görə, SalamNews-un "Fars" agentliyinə istinadla verdiyi məlumatda bildirilir ki, təqdimat mərasimində filmin rejissoru Əhməd Rza Dərviş daxil olmaqla, ölkənin tanınmış kinematoqrafları və rəsmi şəxsləri iştirak ediblər.

Yüksək səviyyəli çəkiliş, səs effektləri və dinamikası ilə fərqlənən filmdə İranın məşhur aktyorları rol alıblar.

Səsləndirmə Almaniya kino studiyasında həyata keçirilib.

Filmin təqdimatı ilə paralel olaraq, bu ekran əsərində imamların yaxud övliyaların simasının ekranlaşdırılmasına etiraz əlaməti kimi, bəzi yerlərdə aksiyalar keçirilib.

Qeyd edək ki, filmin azərbaycan dilinə tərcümə edilməsinə artıq başlanılıb.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 İyul, 2015  11:36 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!