|
• DünyadaBu gün İranın nüvə proqramına dair saziş imzalana bilərTehran beynəlxalq embarqonun dərhal ləğv edilməsi ilə bağlı mövqeyinə yenidən baxmağa hazırdır İranla “altılıq” ölkələri (BMT Təhlükəsizlik Şurasının daimi üzvləri və Almaniya) arasında Cenevrədə aparılan nüvə danışıqlarında yekun razılaşma sənədi bu gün imzalana bilər. Ahlibeyt.az-ın İslam.az-a istinadən məlumatına görə,İnterfaks agentliyinin verdiyi xəbərdə bildirilir ki,İranla aparılan danışıqlar masasında bir sıra problemli məqam qalsa da, razılaşma iyulun 13-də əldə oluna bilər. qeyd olunur ki,Tehran beynəlxalq embarqonun dərhal ləğv edilməsi ilə bağlı mövqeyinə yenidən baxmağa hazırdır. Rusiya Tehranı dəstəkləyərək bildirir ki, razılaşma sənədi qüvvəyə mindiyi gün embarqo tamamilə götürülməlidir. Lakin ABŞ xüsusi ilə silah embarqosunun 8 il sonra dayandırılmasını təklif edir. Çin isə hesab edir ki, sözü gedən embarqonun ləğvi üçün iki il kifayətdir. Məlumata görə,Tehran güzəştə gedərək "Çin variantına" üstünlük verəcək və beləliklə yekun sənəd imzalanacaq. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 İyul, 2015 12:46 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |