إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ərdoğan - "Mətbuatda yayılan Çin xəbərlərinin böyük qismi yalandır"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Prezident Sarayında səfirlərə verilən iftarda çıxış edib.

Ahlibeyt.az-ın İslam.az-a istinadən məlumatına görə, Çin səfəri öncəsi Ərdoğan, "Mediada dolaşan, böyük bir qisimi də yalan ya da istismar olan bu xəbərlərdən sonra əsla təsdiq etmədiyimiz hadisələr yaşandı. Bu hadisələr bizə yaraşmaz. Təxribatçıların oyununa uymayın" söyləyib.

Dövlət başçısı deyib: “Dünyanın hər yerində bizim soydaşlarımız var. Yaşanan bütün hadisələr bizi birbaşa maraqlandırır. Mediada dolaşan, böyük bir qisimi də yalan ya da istismar olan bu xəbərlərdən sonra İstanbulda əsla təsdiq etmədiyimiz hadisələr yaşandı. Ölkəmizə gəzməyə, yaşamağa gələn Şərq Asiyalı insanlar bizim dostumuzdur. Onlar bizim misafirimizdir. İstanbulda yaşanan təxribatçı hadisələr bizə yaraşmaz. Təxribatçıların oyununa gəlməyin. Ölkəmizə gələnlər bizə əmanətdir"deyə danışdı.

Daha sonra prezident Suriyada 5 ildir davam edən hadisələr səbəbiylə həm Türkiyənin həm də beynəlxalq cəmiyyətin təhlükəsizliyinin ciddi təhdid altında olduğunu ifadə edərək, bunları qeyd edib:

"2 milyon insana biz ölkəmizdə ev sahibliyi edirik. Bütün Qərbdə təxminən 250 min ətrafında Suriyalı var. Etnik ya da dini heç bir ayrı-seçkilik etmədən hər kəsə qapımızı açdıq. Yalnız Tel Abyaddakı inkişaflardan ötəri 20 mindən artıq Suriyalı qaçqına qapılarımızı açdıq. Amma bunlara baxmayaraq quru təbliğat icra oldu. Etnik ayrı-seçkilik etdiyimizi iddia edənlər oldu. Bunca xərclənən puldan sonra beynəlxalq qaynaqlardan gələn pul 400 milyon dollar. 6 milyard dollar xərclədim, 400 milyon dollar gəldi. gözləmələrimizdən çox az. Amma biz insani yardımlarımıza davam edəcəyik. Ən yaxşı düşərgələrin ölkəmizdə yer aldığını hər kəs bilir."

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 İyul, 2015  18:21 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!