إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Küveyt Azərbaycan hökümətindən "Əbu Bəkr" məscidinin açılmasını istəyib

Küveyt-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri: "Bu məscidin fəaliyyət göstərməməsi Küveytin Azərbaycana xeyriyyəçilik fəaliyyətini dayandıra bilər".

Küveyt-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, doktor Vəlid ət-Təbatəbainin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Milli Məclisdə olub. Nümayəndə heyətini Milli Məclisdə dostluq qrupunun rəhbəri, millət vəkili Çingiz Əsədullayev qəbul edib. Görüşdə parlamentlərarası münasibətlərin inkişafına dair fikir mübadiləsi aparılıb.

Vəlid ət-Təbatəbai görüşdə bildirib ki, Küveyt Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Hər iki ölkəni milli mədəni və dini baxımdan müştərək dəyərlər bağlayır.

Bununla belə, nümayəndə heyətinin rəhbəri deyib ki, Bakıdakı "Əbu Bəkr" məscidinin fəaliyyətinin dayandırılması Küveytin xeyriyyə fondlarının Azərbaycandakı işinə mənfi təsir göstərə bilər. 

"Bu məsciddə bir çox insan ibadət edirdi. O insanlar terror hadisəsi törədən cinayətkarlara görə məsuliyyət daşımamalıdırlar. Hesab edirəm ki, bu məscidin fəaliyyət göstərməməsi gələcəkdə Küveytin Azərbaycanda xeyriyyəçilik fəaliyyətini də dayandıra bilər", - deyə o qeyd edib.

Ç.Əsədullayev isə bildirib ki, Azərbaycan Cənubi Qafqazda ən tolerant ölkə sayılır. Deputat "Əbu Bəkr" məscidi ilə bağlı məsələyə də aydınlıq gətirib: "Bu məsciddə terror aktı törədilmiş, nəticədə insanlar həlak olmuş və yaralanmışdı. İstintaq indiyə qədər davam edir. İstintaq başa çatdıqdan sonra məscidin fəaliyyəti bərpa olunacaq. Siz Azərbaycanda 70-ə yaxın məscid tikmisiniz. Bu gün onların hamısı fəaliyyət göstərir".

apa.az




Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Oktyabr, 2011  00:11 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!