إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Başa Quran qoyaraq təvəssül etmək...

Qədr gecələrində başa Quran qoymaq Allaha, Qurana və məsumlara (ə) təvəssül deməkdir. Bu təvəssül isə İlahi dərgaha yaxınlaşmaq üçündür. Başa Quran qoyaraq təvəssül etmək çətin anlar üçün məsumlardan nəql olunan rəvayət və hədislərdə mövcuddur.

Şiə məzhəbinin dörd mühüm hədis kitabından ikisinin ("Təhzib" və "İstibsar") müəllifi olan Şeyx Tusinin (Şeyx Əbu Cəfər Tusi- 383-460 hq) "Əl-Əmali" kitabında nəql edilir - (s.292, hədis: 14-567):

Əbu Məhəmməd Fəhham dedi: Əbulhəsən Məhəmməd ibn Əhməd Haşimi Mənsuri "Samirra" şəhərində mənə xəbər verdi ki, Əbu Səriyyə Səhl ibn Yəqub ibn İshaq (Samirra şəhərinin "Səffi şənif" məscidinin azançısı) H.q 298-ci ildə Həsən ibn Əbdullah ibn Mütəhhərdən və o da Məhəmməd ibn Süleyman Deyləmidən və o da atasından belə rəvayət edib ki, günlərin birində bir nəfər İmam Sadiqin (ə) yanına gələrək dedi: "Ey mənim ağam, Sənə ödəyə bilmədiyim borcdan və mənə zülm və zorakılıq edən sultandan şikayətçiyəm. İstəyirəm mənə bir dua öyrədəsən ki, onunla borcumu ödəmək üçün qazanc ələ gətirim və sultanın zülmündən qurtarım".

İmam Sadiq (ə) o kişiyə buyurdu: "Gecə düşdüyündə iki rəkət namaz qıl. Birinci rükətdə "Fatihə surəsi" və "Ayətəl-kürsi" oxu. İkinci rükətdə "Fatihə" surəsi və "Həşr" surəsini 21-ci ayəsindən - «لَوْ أَنْزَلْنا هذَا الْقُرْآنَ عَلى جَبَلٍ» - sonadək oxu. Namazdan sonra Quranı başının üzərinə qoy və de: "(İlahi) Səni and verirəm bu Qurana və bu Quranı göndərdiyin kəsin haqqına, (bu kitabdakı ayələrin haqqına), Quranda təriflədiyin bütün möminlərin haqqına, Sənin onların üzərində olan Haqqına ki, Sənin Haqqını Səndən yaxşı tanıyan yoxdur!

Ya Seyyidi! (Ey Mənim Ağam – 3 dəfə)!;Ya Allah-10 dəfə;Bikə Ya Allah (Səni Özünə and verirəm ey Allah-10 dəfə);Ya Muhəmməd-10 dəfə;Ya Əli;Ya Fatimə;Ya Həsən;Ya Hüseyn-10;Ya Əli bin Hüseyn-10;Ya Muhəmməd bin Əli;Ya Cəfər bin Muhəmməd;Ya Musa bin Cəfər;Ya Əli bin Musa;Ya Muhəmməd bin Əli;Ya Əli bin Muhəmməd;Ya Həsən bin Əli;Ya Hüccətu!"(hər biri 10 dəfə olmaqla)

- Sonra Allah-Taaladan hacətini istə".

Həmin kişi bir müddətdən sonra  borcunu ödəmiş, sultanın zülmündən xilas olmuş və işlərində rifah hasil olmuş halda qayıtdı.

İmam Musa Kazimdən (ə) nəql edilən digər bir rəvayətdə "Bikə Ya Allah"dan sonra "ya Muhəmməd" deyil, "bi Muhəmmədin", "bi Əliyyin" ... rəvayət edilmişdir.

Həmçinin bu hədisdə deyilir ki, imamların adın hər kəs öz zamanın İmamına qədər desin. Yəni İmam Rza (ə) zamanında bu duanı oxuyanlar İmam Rzaya (ə) qədər and verirmişlər. Buna görə də ehtimal olunur ki, Şeyx Tusi sonrakı İmamları özü duaya əlavə etmişdir ki, duanı oxumaq möminlər üçün rahat olsun.

Mənbə: "İqbalul-əmal", Seyid Tavus, 1/187 (346); "Əl-İnsaf fin-nəssi əla əimmətil-əthar", Seyid Haşım Bəhrani, s.486; "Biharul-Ənvar", Əllamə Məclisi, 88/346; 89/112; 95/146; "Vəsailuş-şiə", Hürr Amuli, 8/135.

Əhli-sünnə mənbələrində bu mövzuda olan rəvayətlərindən birini Əbu Yusif əl-Fəsəvi “əl-Mərifə və ət-tarix” kitabında Səhih Muslim və Səhih əl-Buxari ravilərinin vasitəsi ilə nəql etmişdir.

حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ عَبْدِ اللَّهِ الْأُوَيْسِيُّ، ثنا إِبْرَاهِيمُ بْنُ سَعْدٍ، عَنْ شُعْبَةَ، عَنْ أَبِي عَوْنٍ مُحَمَّدِ بْنِ عُبَيْدِ اللَّهِ الثَّقَفِيِّ، عَنْ أَبِي صَالِحٍ الْحَنَفِيِّ، قَالَ: رَأَيْتُ عَلِيَّ بْنَ أَبِي طَالِبٍ  أَخَذَ الْمُصْحَفَ فَوَضَعَهُ عَلَى رَأْسِهِ حَتَّى لَأَرَى وَرَقَهُ يَتَقَعْقَعُ، ثُمَّ قَالَ: " اللَّهُمَّ إِنَّهُمْ مَنَعُونِي أَنْ أَقُومَ فِي الْأُمَّةِ بِمَا فِيهِ، فَأَعْطِنِي ثَوَابَ مَا فِيهِ

Əbdül-Əziz b. Abdullah əl-Uveysi bizə rəvayət etdi, İbrahim b. Sad bizə Şubədən, o da Əbu Aun Muhəmməd b. Abdullahdan, o da Əbdur-Rəhman b. Qeysdən, o da Əbu Saleh Hənəfidən nəql edilmişdir ki, Əli ibn Əbi Talib (r.a)-ı Quranı  başına qoyaraq dua etdiyi halda gördüm. Mənim onunla məsafəm Quranın vərəqlərinin hərəkət səslərini eşidəcək qədər (yaxın) idi. Sonra(İmam Əli) buyurdu: "Onlar mane oldular ki mən ümmət üzərində hökümət qurum. İlahi sən onun savabını mənə əta et.......!"

Əbu Yusif Yaqub b. Sufyan əl-Fəsəvi, əl-Marifə və ət-tarix, c.2, s.751; Məktəbə əd-Dar, Mədinə, 1410; təhqiq: Əkrəm Diya əl-Uməri

İbn Kəsir əd-Diməşqi, əl-Bidayə vəən-Nihayə, c.8, s.12; Məktəbə əl-Maarif, Beyrut

Ahlibeyt.az

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 İyul, 2015  13:36 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!