إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İŞİD antik amfiteatrda 25 Suriya əsgərini edam etdi - Video

İŞİD Palmira şəhərində əsir Suriya əsgərlərinin kütləvi qətli zamanı prosesi yeniyetmələrə icra etdirib.

Ahlibeyt.az-ın AnsPress-ə istinadən məlumatına görə, Böyük Britaniyanın “Daily Mail” qəzeti prosesin videosunu və şəkillərini dərc edib. Kütləvi qətl Palmiradakı qədim Roma amfiteatrında həyata keçirilib.

İŞİD tərəfindən yayılmış videoda görünür ki, tamaşaçıların da olduğu qədim teatrda Suriya əsgərləri dizi üstə oturdulub və onların arxasında qətli tapança ilə həyata keçirən yeniyetmə dayanıb. Əsgərlərin başına atəş rəhbərin əmri ilə eyni vaxtda gerçəkləşdirilib.

“Daily Mail”in yazdığına görə, qətli icra edən uşaqların çoxunun 12-13 yaşı var. Qəzetin yazdığına görə, son zamanlarda İŞİD İraqdan və başqa ölkələrdə 500-ə yaxın uşaq oğurlayıb. Mütəxəssislər düşünür ki, onların beynini yuduqdan sonra terrorçuya çeviriblər.

İŞİD Palmira şəhərini 2015-ci ilin may ayında tutub. İyunun sonlarında isə xəbər verilmişdi ki, şəhərdəki xərabələr minalanıb.

">

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 İyul, 2015  11:07 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!