إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Yəmən ordu və könüllü qüvvələrinin Səud rejiminə vurduğu ağır zərbə

ABŞ kəşfiyyatı hesabat yayaraq, 100 gün ərzində yəmənlilərin hücumu nəticəsində ölən Səudiyyə hərbçilərinin sayını açıqlayıb.

Ahlibeyt.az-ın Faktxeber-ə istinadən verdiyi məlumata görə,Kəşfiyyat hesabatında Yəmən ordu və könüllü qüvvələrinin Səud rejiminə qarşı olduqca ağır zərbələr vurduğu ortaya çıxıb.

ABŞ kəşfiyyat orqanlarının birgə yaydığı bu hesabatda qeyd edilir ki, yəmənlilərin Səudiyyə rejiminə qarşı həyata keçirdikləri müxtəlif hücumlar nəticəsində, 2326 əsgər, 36 zabit və 22 Ərəbistan generalı məhv edilib. Ölən hərbçilərin arasında ən önəmli şəxs Səudiyyənin Hərbi Hava Qüvvələrinin baş komandanı general Məhəmməd Əl-Şəəlan olub.

Yəmənlilər Səudiyyə Ərəbistanın Nəcran, Cizan, Əsir və cənubi Zəhranda olan 98 hərbi baza və mövqelərini tamamilə darmadağın ediblər. Onlardan 76-sı birbaşa hücum edilərək, ələ keçirilib və mina yerləşdirilməklə dağıdılıb.

Hesabatda qeyd edilir ki, Yəmən ordu qüvvələrinin Səudiyyə Ərəbistanın hərbi hava bazalarına gerçəkləşdirdiyi hücumlarda 36 pilot və 39 zabit öldürülüb. Bundan əlavə həyata keçirilən hücumlarda bir çox hərbi təyyarə və raket saytları məhv edilib.

Hesabata görə, yəmənlilər Ərəbistanın 363 tankını, 25 zirehli texnikasını, 181 qeyr-hərbi maşını məhv ediblər.

 

Xatırlatmaq lazımdır ki, Səudiyyə Ərəbistanı daxili qiyamdan ehtiyatlanaraq, dəyən xəsarət və ziyanları gizlətməyə çalışır. Artıq Nəcranda xalq qiyamı baş qaldırıb və qəbilələr Səudiyyə Ərəbistanından ayrılmaq barədə qərar veriblər.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 İyul, 2015  19:16 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!