|
Azərbaycanda sələfilərlə xəvariclər arasında baş verən silahlı münaqişəyə görə tutulan şəxsə hökm oxunub (video) Məhkəməsində Azərbaycanın Sumqayıt şəhərində sələfilərlə xəvariclər arasında baş vermiş silahlı münaqişə ilə bağlı həbs edilən Elşən Musayevin məhkəmə prosesi yekunlaşıb.
Ahlibeyt.az-ın Apa-ya istinadən məlumatına görə, məhkəmənin hökmü ilə Elşən Musayev 13 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2013-cü il, dekabrın 11-də Sumqayıt şəhərində dini baxışları fərqli olan iki qrup arasında dava baş verib. Hadisədə təqsirli bilinən xəvariclərin əmiri, “Mamed” ləqəbli Elçin Əkbərov, sələfilərin lideri, “Hamza” ləqəbli Elşən Musayev, habelə Əhməd Salmanov, Anar Mirzəyev, Zaur Paşayev, Elmar Məmmədli, Murad Məhərrəmov, Anar Rəhimov, Firudin Musayev, Vüqar Abdullayev, Amil Tağıyev, Elçin Mirzəyev, Cəlal Mikayılov, Kənan Mehrəliyev, Elnur Nəzərəliyev və Vüqar Xəlilov həbs olunublar.
Onlar Cinayət Məcəlləsinin 221 (xuliqanlıq), 228 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 29, 120.2.4 (qəsdən adam öldürməyə cəhd) və 234-cü (qanunsuz olaraq narkotik vasitələr əldə etmə, daşıma, saxlama, göndərmə və ya satma) maddələri ilə ittiham olunublar.
Onu da qeyd edə ki, digər təqsirləndirilən şəxslərə bir müddət əvvəl hökm oxunub. Lakin E. Musayevin cinayət işi isə ayrıca icraata verilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 İyul, 2015 17:52 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |