إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Səudiyyədə qarşıduqma - Hava limanı ələ keçirildi (Foto)

Hazırda Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrləri aeroportu bombalayır.

Səudiyyə Ərəbistanının "Əhrar ən-Najran" (Najrananın azad vətəndaşları) müxalif hərbi-siyasi hərəkatı ölkənin cənubunda eyni adlı əyalətin paytaxtı Najran şəhər aeroportunu nəzarət altına alıb.

Ahlibeyt.az-ın AnsPress-ə istinadla məlumatına görə, bu barədə Fars agentliyi xəbər yayıb.

"Səudiyyə Ərəbistanı silahlı qüvvələri ilə ağır döyüşlərdən sonra "Əhrar ən-Najran" hərəkatının birləşmiş tayfaları krallığın cənubunda Najran şəhərinin aeroportunu nəzarət altına alıblar", deyə agentliyin xəbərində deyilir. Son məlumatlara əsasən, Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrləri aeroportu bombalamaqda davam edir.

Bəzi xəbər agentlikləri,artıq bölgədə silahlı qarşıduqmanın getdiyini,30-dan çox Səudiyyə ordu mənsubunun öldürüldüyü və hərəkatın Krallığın HHQ-nə aid bir helikopterini vuraraq saldığını bildrir.

"Əhrar ən-Najran" kimlərdir?

"Əhrar ən-Najran" hərəkatını Səudiyyə Ərəbistanına qarşı müharibədə Yəmən tərəfdarı olan Najran əyalətinin üsyançı tayfaları formalaşdırılaşdırıb. Hərəkat Ər-Riyad əyalətinin müstəqilliyini elan edib və hərbi hazırlıqlar üçün Yəmənə müraciət edib.

Qarşıdurmanın tarixi

1920-1930 illərdə Yəmən və Səudiyyə Ərəbistanı Najran əyaləti üğrunda mübarizə aparıb. 1934-cü ildə əyalətin ərazisi Səudiyyə Ərəbistanı tərəfindən ələ keçirilib və krallığa birləşdirilib. O vaxtdan əyalətin sakinləri daimi diskriminasiyadan şikayət edirlər. 2000-ci ildə Najranda hökumət güvvələri ilə dəfələrlə silahlı toqquşmalar olub.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 İyul, 2015  17:17 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!