إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

• Dünyada

İŞİD Fələstin HƏMAS təşkilatı və İsrailə müharibə elan edib (VİDEO)

İŞİD terror təşkilatı Fələstinin HƏMAS hərəkatına müharibə elan edib.

Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə,vesti.ru -nun yaydığı məlumatda bildirilir ki, ötən gün terrorçu təşkilat silahlıları Fələstin HƏMAS təşkilatını Qəzza sektorunda şəriət qanunlarının tətbiqini istəməməkdə ittiham etdikləri videoçarx yayıblar.

Silahlılar HƏMAS rəhbərlərini “İran və ABŞ-a tabe olan despotlar” adlandırıblar.

Radikallar, bundan başqa, "İsraili məhv etmək və HƏMAS-ı zərərsizləşdirmək üçün" Fələstin sərhədlərinə yaxınlaşdıqlarını bildiriblər.