|
• DünyadaŞeyx Vəhid Xorasani "Buharul-Ənvar" kitabını aşağılamağı tənqid edibAyətullahul-Üzma Şeyx Vəhid Xorasani bu gün xaric dərsində "Biharul-Ənvar" kitabından nəql etdiyi "Camieyi-Kəbirə" ziyarətnaməsinin sənədi ilə bağlı bəhsin davamında buyurub ki, "Biharul-Ənvar" kitabı şiə məzhəbinin diri qalmasına böyük xidməti olmuşdur. Amma zamanımızda savadsız adamlar çoxdur və şiənin rical alimləri tanınmamış qalıblar. Ona görə vəzifəmizdir ki, həmin şəxsləri tanıtdıraq. İnsaniyyəin vəzifəsidir ki, bu şükrü yerinə yetirsin. Çünki Əllamə Məclisi(r) bir iş görüb ki, gərək fəzilət əhli bu şükrü əda etsin. Amma bəzi savadsızlr peyda olublar və "Biharul-Ənvar" kitabını zəif sayaraq onu aşağılayırlar. Şeyx Vəhid Xorasani sonra deyib ki, diqqətli olun ki, Əllamə Məclisinin(r) əziyyətlərlə diri saxladığı və biz rahatlıqla əldə etdiyimiz məzhəbi puç etməyək. O "Cəlaul-Uyun" və "Həyatul-Qulub" kitablarını yazmışdır ki, məzhəbi tanıtdırsın. Bundan başqa "Miratul-Uqul" kitabını yazmışdır ki, onu oxuyan rical alimləri heyrətə gəlirlər. Ricalı bu cür dərin bilən Əllamə(r) "Biharul-Ənvar" kitabını yazmaqla istəyib ki, Əhli-Beyt(ə) xəzinəsindən bir dənəsi də itib batmasın. Zəif və səhih rəvayətləri cəm etməklə o bir iş ərsəyə gətirmişdir ki, görünməmişdir və görünməyəcək də. Amma bisavadlar həmin kitabda o zəif hədisləri görürlər və anlamırlar ki, "Miratul-Uqul" kitabını yazan bütün ustadların müəllimi bunu onlardan daha gözəl bilir. Sonda Şeyx Vəhid Xorasani başqalarına xoş görsənmək üçün şiəliyin əqidələrindən üz döndərməməyi tapşırıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Oktyabr, 2011 01:22 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |