|
• Mənəviyyat • MənəviyyatAyətullah Xameneyi-Quranın gözəl səs və qaydalara uyğun oxunması onun mənalarının qəlblərə nüfuzu üçün müqəddimədirQuran oxuyan, tilavət edən şəxs Qurana diqqətlə, onun mənalarına etiqadla tilavət etsin. Əgər nə oxuduğumuzu bilməsək, mənaları anlamasaq qəlbimizə təsir etməz. Belə bir şəraitdə həm tilavət oxuyana və həm ətrafdakılara az təsirli olar. Ahlibeyt.az-ın Nur-az.com-a istinadən verdiyi xəbərə görə,bu fikirləri İranın Ali dini lideri Ayətullah Seyyid Əli Xamneyi mübarək Ramazan ayının gəlişi ilə bağlı təşkil olunmuş "Quranla ünsiyyət" mərasimində çıxışı zamanı qeyd etmişdir. Ayətullah Xamneyinin "Quranla Ünsiyyət" mərasimində etdiyi çıxışının bir hissəsini təqdim edirik: " Əgər Quranın məna baxımından faydasını kənara qoyub yalnız gözəl səsə görə tilavətinə baxsaq, şübhəsiz ki, bu iş yüksək məqamdan enər. Quranın gözəl səslə, qaydalara uyğun oxunması ilə bağlı bütün tövsiyələr ona görədir ki, onun mənaları qəlblərə təsir etsin. Nəticədə Quranla ünsiyyət quraq, Quran rənginə, Quran sifətlərinə sahib olaq. Əgər məqsəd Qurandan təsirlənməkdirsə, bunun şəraiti, qaydaları var. Birinci qayda budur ki, Quran oxuyan, tilavət edən şəxs Qurana diqqətlə, onun mənalarına etiqadla tilavət etsin. Əgər nə oxuduğumuzu bilməsək, mənaları anlamasaq qəlbimizə təsir etməz. Belə bir şəraitdə həm tilavət oxuyana və həm ətrafdakılara az təsirli olar. Bu birinci şərtdir. Mən hörmətli qarilər və ustadlardan xahiş edirəm ki, bir nöqtəyə diqqət etsinlər - Oxuyacaqları ayələri zehnlərində nəzərdən keçirsinlər, bu ayələr barədə düşünsünlər. Ayələrin mənalarını düzgün şəkildə qəlblərində və etiqadlarında möhkəmləndirsinlər. Bu ruhiyyə, bu zəminə, bu hazırlıqla oxusunlar. Belə bir tilavət dinləyicinin ruhunun dərinliyinə nüfuz edər. Həqiqətən də, bu günə qədər siz çox irəliləmisiniz. Mən uzun illərdir ölkədə Quran sahəsində fəaliyyətləri izləyirəm. Gənclərimiz çox inkişaf edib. Qarilərimiz, ustadlarımız insafla desək çox gözəldir. Amma daha artıq təsir üçün səy göstərilməlidir. Tilavət şərtlərindən biri budur ki, tilavət olunan ayəni adi halda oxuyarkən üzərində dayandığınız nöqtəni tilavətdə də bildirəsiniz. Adi danışıqda da bu qayda var. Adi danışıqda daha mənalı saydığınız cümləni xüsusi şəkildə ifadə edirsiniz. Quran da belə oxunmalıdır. Xüsusi sözlər fərqli tilavət edilməlidir. Cümlələr və ifadələr zehninizdə xüsusi yer aldığı şəkildə ifadə olunmalıdır. Gözəl təbir gözəl ifadə olunur. Bəzən bir mənanı dinləyiciyə çatdırmaq üçün təkrarlamaq lazım gəlir. Onu təkrarlayın. Bəzən adama elə gəlir ki, qari sadəcə kitabı əlinə alıb oxuyur, ifadələri tələffüz edir. Bu yaxşı deyil. Siz mənanı ötürməlisiniz. Dinləyicinin zehnində mənalar əks olunmalıdır. Bu bəzən ifadəni xüsusi şəkildə vurğulamaqla, bəzən təkrarla həyata keçir. Bəzən cümləni, bəzən sözü təkrarlamaq və ya xüsusi ifadə etmək lazım gəlir. Diqqət mərkəzində saxlanılası başqa bir nöqtə ləhn meyarlarını gözləməkdir. Quran ləhnləri çox təkrarlandıqca tilavət əhli arasında doğmalaşır. Ləhnləri düzgün ifadə etmək lazımdır. Bəzən görürəm ki, ayəni gözəl səslə, qüvvəli səslə, yaradıcılıqla ifa edən şəxs onun ləhnini gözləyə bilmir. Sözdə ləhnə riayət etmək, ahəng nizamını gözləmək lazımdır. Quranı adi yox, ahənglə oxuyun. Tövhid dinləri, hətta bəzi qeyri-tövhid dinlərində müqəddəs sayılan mətnlər ahənglə oxunur. Bunu yaxından müşahidə etmişik. Tilavət də ahənglə olsun. Ahənglər düzgün yerinə yetirilməlidir. Ləhnlər öz ölçüləri ilə əda olunmalıdır. Əgər buna riayət olunmasa, arzulanan təsiri əldə edə bilməyəcək. Bəzən əks təsir olacaq. Bir nöqtə diqqətinizə çatdırım. Burada olanların əksəriyyəti qaridir. Biz yüksək nəfəs vermək (zilə qalxmaq) xatirinə bir neçə söz və ya ayəni bir-birinə birləşdiririk. Buna ehtiyac yoxdur. Bəzən ayənin mənası tələb edir ki, birnəfəsə oxunsun. Amma tilavətin gözəlliyi, təsiri heç bir halda yüksək nəfəsə bağlı deyil.Dinləyicilər də sadəliklə uca səslə oxunulanda daha çox alqışlayırlar, Allah, Allah deyirlər. Mən bunu səhv sayıram. Mən xahiş edirəm ki, qarilər nəfəs məsələsində özlərini incitməsinlər. Quran oxuyanın təşviqi, Allah, Allah deyilməsi ərəblərdən təqliddir. Xahiş edirəm ki, dinləyicilər bu işdə də həddi gözləsinlər. Bəziləri qari oxumağa başlayan kimi ardıcıl Allah, Allah deyir. Sanki qarinin sözünə davam etməsi üçün bu zəruridir. Bəzən siz ayədən çox təsirlənirsiniz. Bu zaman ixtiyarsız olaraq təşviq edirsiniz. Təşviq də ərəblərdə qayda olduğu kimi Allah, Allah deməkdir. Belə bir təşviq təkcə Qurana aid deyil. Onlar adi ahəng oxunanda da Allah, Allah deyirlər. Bunun eybi yoxdur. Amma qari oxumağa başlayan kimi Allah, Allah deməyə ehtiyac görmürəm. Xahiş edirəm ki, ustadı olduğunuz məclislərdə Allah, Allah deməkdə ifrata varılmamasını tapşırın. Qari çox gözəl oxuyursa təşviqin eybi yoxdur. Təşviq etsinlər. Amma təkcə “Auzu billahi minəşşəytanir-rəcim” deyilməsini gözləyib, dərhal Allahu Əkbər desək münasib deyil. Ümid edirik ki, Allah-Taala hamınızı Quranla məhşur edər. Dünya və axirətinizi Quranın bərəkəti ilə abadlaşdırar." Vəssəlamu əleykum və rəhmətullahi və bərəkatuh Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 İyun, 2015 02:54 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |