|
• DünyadaİŞİD terror qruplaşması ən müasir müdafiə proqramlarındandan istifadə edirİŞİD terror təşkilatının silahlıları məlumat mübadiləsi üçün Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və Milli Təhlükəsizlik Agentliyinin (MTA) çıxış əldə edə bilmədiyi şifrlənmiş proqramlardan istifadə edirlər. Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə,bu barədə Yaxın Şərq kütləvi informasiya vasitələrinin araşdırılması üzrə institut rəhbəri (MEMRI) Stiv Stalinski məlumat verib. Onun sözlərinə əsasən, silahlılar bu proqramlar vasitəsilə terror aktları planlaşdırır və Terror təşkilatına yeni silahlılar cəlb edirlər: "Terrorçular əsasən iki proqramdan istifadə edirlər: "Surespot" və "Kik". Bu proqramlar xüsusi xidmətlərin onlara çıxışı üçün əl yerinə malik deyil. MEMRI-nin araşdırmalarına əsasən, bəzi silahlılar ABŞ MKİ və MTA-nın keçmiş əməkdaşı Edvard Snoudenə ABŞ hökumətinin terrorçuları izləmə metodlarının ətraflı təsvir edildiyi sənədlər daxil olmaqla, xeyli sayda sənəd dərc etdiyinə görə açıq şəkildə təşəkkür ediblər. İŞİD silahlılarından biri "Twitter" mikrobloqunda yazıb ki, MTA-nın ifşası akademik nöqteyi-nəzərdən çox qiymətlidir və silahlılar onlara müvafiq olaraq fəaliyyət göstərirlər."
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 İyun, 2015 10:58 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |