|
• Dünyadaİraq Anqlikan kilsəsinin rəhbəri Ayətullah Seyyid Həkimlə görüşüb
Nəcəf mərcei-təqlidlərindən olan Ayətullah Seyyid Məhəmməd Səid Həkim İraqın Anqlikan kilsəsinin rəhbəri Endryu Vaytın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Ayətullah Seyyid Həkim görüşdə bildirib ki, bu gün dünyada əqidə gərginliyi müşahidə olunmaqdadır. Bu gərginlik də öz növbəsində dinlər arasında uçurumun yaranmasına səbəb olmuşdur. Əhli-Beyt(ə) tərəfindən təlim olunan İslam maarifi və ayinləri dünyaya gizli olduğundan İslam və xristianlıq toqquşmuşdur deyən mərcei-təqlid bildirib ki, dünyaya tanınmış İslam həqiqi İslam maarifçiləri tərəfindən deyil, sərkərdələr və ordu tərəfindən tanıtdırılmışdır. Amma Əhli-Beytin(ə) təlim etdiyi İslam dini dünyaya çatdırılarsa, İslam barədə təfəkkür tamamilə dəyişmiş olar. Çünki İslam dini ilə tanış olmaq istəyən mütləq gərək Əhli-Beytin(ə) təlimlərinə müraciət etsin. Doğru İslam dininin xoş söhbətə, gözəl əxlaqa, qeyri-müsəlmanların özünə, malına və canına ehtiram göstərməyi təkid etdiyini bildirən Ayətullah Seyyid Həkim siyasətçilərin bu gün İslam dini barədə qorxulu obraz yaratdıqlarını bildirib. Öz növbəsində Anqlikan kilsəsinin rəhbəri Endryu Vayt bildirib ki, tanınmış şiə qurumları ilə əlaqələrini və təmaslarını artıracaqlar ki, həqiqi İslam olan şiəiklə Qərb dünyasını tanış etsinlər. alhakeem.com Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Oktyabr, 2011 04:11 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |