|
Bu gün Xanım Xədiceyi - Kubranın vəfat günüdürMübarək Ramazan ayının 10-u böyük İslam xanımı, Həzrət Rəsuli- Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)- in vəfalı həyat yoldaşı və Möminlər anası(Ummul Muminin) Həzrət Xədiceyi-Kübra (əleyha salam)- ın vəfat günüdür. Əziz İslam Peyğəmbərin (s) həyat yoldaşı həzrəti Xədicə (ə) hicrətdən 68-il əvvəl Məkkə şəhərində dünyaya göz açmışdır. Atasının adı Xuvəylid ibn Əsəd, anasının adı isə Fatimə binti Zaidət ibn Asim idi. O islamı qəbul edən ilk qadın idi. Həzrəti Əli (ə) "Qasiə” xütbəsində onun fədakarlığını xatırladaraq buyurur: "İslamın əvvəlindəki çətin anlarda, İslam dini Rəsulullahın (s), Xədicənin evindən başqa heç bir evə daxil olmamışdı. Mən də onların üçüncüsü idim.” ("Nəhcül-bəlağə”, 192-ci xütbə.) Müasir tədqiqatçıların nəzərincə Həzrəti Xədicə (ə) Rəsuli Əkrəm (s) ilə evlənməzdən öncə heç vaxt evli olmayıb. Xanim Xədicənin (ə) əmisi Vərəqə, ərəblər arasından savadlı bir şəxs kimi tanınmışdır. O Tövrat və İncili çoxlu mütailə etdiyi üçün gözəl bilirdi. O, tez-tez deyərdi "Qureyş tayfasından bir nəfər insanları hidayət etmək üçün Allah tərəfindən peyğəmbərliyə seçiləcək və sərvətli bir qadınla ailə həyatı quracaq.” Həzrəti Xədicə (ə) bir gün yuxuda gördü ki, günəş Məkkənin üzərində dövrə vurub yavaş-yavaş aşağı enərək onun evinə daxil oldu. Xanim Xədicə (ə) öz yuxusunu əmisi Vərəqəyə danışdı. Vərəqə dedi: -Şöhrəti aləmi bürüyəcək bir kişi ilə ailə həyatı quracaqsan. ("Biharul-ənvar”, 6-cı cild, səh: 104) Həzrəti Xədicə (ə) 40 yaşında ikən Rəsuli Əkrəm (s) ilə (o zaman Peyğəmbər ömrünün 25-ci baharını yaşayırdı) ailə həyatı qurdu. Bu ailədən onun Qasim, Abdullah, Rüqəyyə, Zeynəb, Ummu Külsum və Fatimeyi Zəhra (s) adlı altı övladı oldu. İki oğlu Qasim və Abdullah uşaq yaşlarında ikən dünyalarını dəyişdilər. O həzrət çox iffətli və ismətli olduğu üçün cahiliyyət zamanında ona "Tahirə” (ismətli xanim) ləqəbi vermişdilər. Rəvayət və hədislərdən belə məlum olur ki, həzrət Xədiceyi-Kubra (ə) atadan qalan mal-mülkdən başqa onun çoxlu sərvət və əmlakı var idi. O ağıl və nüfuzda da üstünlüyə malik idi. Əqəbə ibn Əbi Məit, ibn Əbi Şəhab, Əbu Cəhl, Əbu Süfyan kimi çox sərvətə sahib olan şəxslərin hər biri ayrıca Əbu Süfyanın elçiliyinə gəlmişdilər. Lakin o, qəbul etməyib nəhayət Peyğəmbərlə (s) evlənməyi qəbul etdi. Bu izdivac xüsusi tərz və mərasimlə həyata keçdi Həzrəti Xədicə (ə) "Şəbi Əbi Talib” mühasirəsi zamanı həyatının ən çətin dövrünü yaşadı. Şəbin mühasirəsindən çıxdıqdan bir il sonra (besətin doqquzuncü, ya onuncu ili) Peyğəmbərin (s) vəfalı əmisi və himayədarı Əbu Talibin vəfatından bir neçə gün sonra dünyasını dəyişdi. İslam Peyğəmbəri (s) həmin ili "Hüzn və qəm-qüssə” ili adlandırdı. Həzrət Xədicə (ə.s) 24 il Peyğəmbərlə (s) ömür sürdü. Bu müddət ərzində o həzrətin kədərinə şərik oldu. O böyük xanım, özünün böyük sərvətini islam dinini təbliği və inkişafı üçün Peyğəməbərin (s) ixtiyarında qoyub bu səmavi dinin irəliləməsində böyük rol oynadı. Peyğəmbəri Əkrəm (s) Xədicənin (ə) ona göstərdiyi mehribanlıqları və fədakarlıqları heç vaxt unutmurdu. Hər zaman onu xatırlayar və salam deyərdi. Həzrət onun haqqda buyurardı: "Hamı məni təkzib edəndə Xədicə məni təsdiq edərdi. Hamı məndən uzaqlaşanda, o mənə iman gətirdi. Məni tək-tənha qoymadı və müdafiə etdi. Allah ona rəhmət etsin...” Onun yüksək mənəvi məqamı barəsində bunu demək kifayətdir ki, bütün behişt xanımları arasında özünün yüksək məqamlı qızı Siddiqeyi Kübra Fatimeyi Zəhra (əleyha salam)-dan sonra o, Həzrət Məryəm, Asiyə ən üstün şəxsiyyət və ən yüksək məqamdadırlar. Həzrət Xədicə (əleyha salam) qadınlar içərisində İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)-ə iman gətirən ilk şəxs idi və özünün bütün mal-dövlət və sərvətini İslamın inkişaf edib yayılması yolunda sərf etdi. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)- in ona qarşı məhəbbəti elə yüksək bir səviyyədə idi ki, onunla Həzrət Əbu Talibin vəfat etdiyi ili "Hüzn və qəm-qüssə ili" adlandırmışdı. Nəql olunmuşdur ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) vaxtaşırı bir heyvanı qurban kəsər və onun ətini həzrət Xədicəni istəyən, ona məhəbbət bəsləyənlərin arasında bölüşdürərdi. O böyük şəxsiyyətli, alicənab xanım şərafətli ömrünün son anlarında Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləmi)-dən xahiş etmişdi ki, öz əbasını ona kəfən etsin. Həzrət Xədicə vəfat edən zaman Fatimeyi Zəhra (əleyha salam) Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in başına dolanır və deyirdi: "Ya Rəsuləllah! Mənim anam haradadır?" Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) cavab verib buyururdu: "Cəbrail nazil olub dedi ki, Allah- taala sənə belə əmr edir: Fatiməyə salam çatdır və ona de ki, sənin anan elə bir evdədir ki onun tavanı qızıldan, sütunları qırmızı yaqutdandır, özü də Asiyə ilə Məryəmin yanındadır." Bu alicənab xanımın Məkkə şəhərində, "Əbu Talib" qəbiristanlığında yerləşən pak qəbri Allah və Onun Rəsulunun aşiqlərinin ziyarətgahıdır. Təəssüflər olsun ki,keçən əsrin əvvələrində peyğəmbər ailəsinin yaxınları və bir çox səhabələrin dəfn olunduğu "Cənnət ul Muəlla" kimi tanınan bu qəbiristanlıqdakı məzar daşları və türbələr vəhhabi şeyxlərinin göstərişi ilə təmamilə dağıdılaraq tanınmaz hala salınmışdır və yalnız yaddaşlardakı işarələrlə Peyğəmbərin həyat yoldaşı xanım Xədicə,əmisi Abu Talib və digərlərinin dəfn olunduqları yerlər məlumdur. Hazırda zəvvarlar bu qəbri hasar arxasından, uzaqdan ziyarət etmək məcburiyyətindədirlər. Xanım Xədicənin (s) qəbri üzərində bir ağac bitir və müqəddəs qəbr həmin ağacla tanınır Məkkə "Cənnət ul-Mualla"1925 ci il Xanım Xədicənin dəfn olunduğu türbə 1925 ci il Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 İyun, 2015 17:11 ⁄ Çap
Bu bölmədə7 Noyabr, 2024 Bu gün Xanım Zeynəbin (s.ə) mübarək mövlud günüdür14 Oktyabr, 2024 Bu gün xanım Fatimeyi-Məsumənin (s.ə) vəfat günüdür.12 Oktyabr, 2024 Bu gün İmam Həsən Əsgərinin (ə) mübarək mövlud günüdür21 Sentyabr, 2024 Bu gün əziz İslam peyğəmbəri Hz.Məhəmmədin (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövlud günüdür20 Sentyabr, 2024 Bu axşam Rəbiul-əvvəl ayının 17-si daxil olur - Günün əməlləri |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |