إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İŞİD oruc tutmayanları çarmıxa çəkdi

Hüquq müdafiəçiləri bildirir ki, həddi-buluğa çatmamış uşaqlar Mayadin şəhərində öldürülüblər

Suriyada İŞİD terror təşkilatı iki uşağı çarmıxa çəkib. ANS PRESS-in məlumatına görə, uşaqlar Ramazan qaydalarına riayət etmədikləri və oruc tutmadıqları üçün edam ediliblər. Hüquq müdafiəçiləri bildirir ki, həddi-buluğa çatmamış uşaqlar Mayadin şəhərində öldürülüblər.

Uşaqların boyununa lövhəcik asılıb və orada qeyd edilib ki, onlar nə üçün edam olunurlar. Ehtimal olunur ki, uşaqlar oruc tutulan vaxtı yemək yedikləri üçün cəzalandırılıb.

Qeyd edək ki, bu ilin fevral ayında BMT oğlanların kütləvi edamı haqqında məlumat yayıb. Orada bildirilirdi ki, uşaqların başlarını kəsiblər və dəfn ediblər.

İslamda balaca uşaqlara, hamilə qadınlara, yaşlı və ya xəstə insanlara oruc məcburi deyil. İŞİD-in bu addımı İslam dinin buyurduğu qaydaların tam əksidir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 İyun, 2015  20:17 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!