إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İŞİD Palmira şəhərindəki antik abidəni yerlə yeksan etdi (Foto)

Bir neçə gün əvvəl Palmiranın bir çox abidələrinin İŞİD tərəfindən minalanması bildirilmişdir.

 

Ahlibeyt.az-ın İslamazeri-yə istinadla məlumatına görə,Suriya mediası xəbər verir ki, İŞİD terrorçularına bağlı sosial media hesabları Suriyanın antik dövrə aid abidələrlə zəngin Palmira şəhərində bir abidənin partladılma fotolarını paylaşıblar.

 

Terrorçular öncə əllərində olan bomba dolu kanistirlərlə hündürlükdə yerləşən tarixi abidəyə doğru qalxırlar. Daha sonra uzaqdan idarə olunan bombalar işə salınır.

Xatırladaq ki, Suriya ordusu mayın 20-də UNESCO-nun Dünya İrsi siyahısına daxil olan Palmira şəhərini tərk etmək məcburiyyətində qalmışdı.

Sakinlər təxliyyə edilmiş, daşına bilən qiymətli tarixi əşyalar şəhərdən çıxarılmışdı. İŞİD terrorçuları isə daşınması mümkün olmayan tarixi əsərlərin çoxunu məhv etmişdi.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 İyun, 2015  11:37 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!