إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ayətullah Gülpəyqani - Dünyanın tanınmış universitetlərində Şiəliyi tanıtma bölmələri açılmasına çalışmalıyıq

Əgər dünyanın tanınmış universitetlərində Şiəliklə bağlı bölmələr açılmasına nail ola bilsək bunun faydası daha çox olacaqdır.Əlbəttəki,bu işdə səy edəcək kimsələrin fədakar olması və məqsədlərinin yalnız maarifləndirmə olması olarsa.Əks halda heç bir nəticə əldə olunmayacaq.

Ahlibeyt.az-ın Shafaqna-ya istinadən verdiyi xəbərə görə,bunu  Ayətullah Safi Gülpayqani
İslami Məzhəblər Universitetinin rektoru Dr.Əhməd Mübəlliğinin Avropa ölkələrinə etdiyi səfəri dəyərləndirərkən bildirib.

İran İslam Araşdırmalar mərkəzinin sədri və İslami Məzhəblər Universiteti rektoru Əhməd Mübəlliği İsveçrə,Belçika,Fransa,İtaliya və Vatikana etdiyi işgüzar səfərdən qayıtdıqdan sonra Ayətullah Safi Gülpayqaniyə bu səfər çərçivəsindəki görüşləri və təssüratları barədə məlumat vermişdir.
Ayətullah Gülpəyqani Dk.Mübəliiğinin fəliyyətinin təqdirəlayiq olduğunu qeyd edərək bildirmişdir ki,digər ölkələrdə yaşayan müsəlmanların ümumi vəziyyəti ilə tanış olmaq zəruri bir məsələdir.Elmi-dini hövzə bu istiqamətdə müəyyən addımlar atsa da görülən işlərin arzu edilən səviyyədə olmadığını etiraf etməliyik.Biz dünyadakı elmi mərkəzlərlə münasubətlər qurarkən bəzi məsələləri nəzərə almalıyıq və bu münasibətlər  siyasi  deyil  yalnız elmi münasibətlər üzərindən  qurulmalıdır.
Ayətullah Gülpayqani sözünün davamında qeyd etmişdir ki,dünyanın məhşur elm mərkəzlərində və universitetlərində İslam və Şiəliyi tanıtma bölməsi açılmasına çalışmaq lazımdır.Əfsuslar olsun ki,bəzən Beytulmaldan vəsaitlər ayrılaraq keçirilən konfranslar nəticəsiz olaraq qalır.Hətta bu kimi konfrans və simpoziumlar bəzilərinin narahatlığına, müsəlmanlar əleyhinə cəbhə açmasına səbəb olur və bu müsəlmanların faydasına deyil zərərinə olmuş olur.

Əgər dünyanın tanınmış universitetlərində Şiəliklə bağlı bölmələr açılmasına nail ola bilsək bunun faydası daha çox olacaqdır.Əlbəttəki,bu işdə səy edəcək kimsələrin fədakar olması və məqsədlərinin yalnız maarifləndirmə olması olarsa.Əks halda heç bir nəticə əldə olunmayacaq.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 İyun, 2015  20:40 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!