|
• Mənəviyyat • Mənəviyyatİrfan ustadı Ayətullah Pəhləvanidən xüsusi tövsiyələrQum Hövzəsinin böyük elm və irfan ustadlarından olmuş mərhum Ayətullah Səadətpərvər Pəhləvani öz tələbələrinə bir neçə tövsiyyə etmişdir. Tövsiyələrə əməl olunduğu təqdirdə böyük məqamlara yetişməyin mümkünlüyü də tövsiyələrdə qeyd edilir. Ahlibeyt.az İslamazeri-yə istinadən böyük irfan ustadı, mərhum Ayətullah Səadətpərvər Pəhləvaninin öz tələbəsinə yazdığı tövsiyələri diqqətinizə çatdırır: "Bismihi Təala Sizə və əqidə dostlarıma Allaha yaxınlaşmaq üçün faydalı olacaq şeyləri təzəkkür babından xatırlatmağı lazımlı gördüm. Dediklərim diqqətə alınaraq əməl edildiyi təqdirdə 100 illik (mənəvi-irfani) yol, bir ildə qət edilər - İnşallah. 1.Vacib əməllər yerinə yetirilməli, haram və günahlar tərk edilməlidir.. Bu əməldən sonra imkan dairəsində müstəhəblərin yerinə yetirilməsi və məkruhların tərk edilməsi lazımdır. Müstəhəblərdən, gecə namazı qılınmalı, sübh namazından əvvəl oyanmaq və namazların vaxtında qılınması lazımdır. Quran oxumaq, Peyğəmbər (s) və Əhli-beytinə (ə) təvəssül tərk edilməməlidir. 2. Ustadın lazımlılığını dərk etmək, onun dediklərini yerinə yetirmək, hal, söz və görəcəyi müşahidə və hətta gördüyü yuxuları belə ona deməli və ustad yanında öz fikirini bildirməmək lazımdır. 3. Hər şeydə ifrat və təfritdən çəkinmək. 4.Diqqət və hissləri dağıdacaq söhbətlərdən, eyni şəkildə söz və davranışlarından, qeydsiz olan dostluq münasibətlərindən çəkinmək lazımdır. 5. Müraqib olan şəxslərlə dostluq çox yaxşıdır, ancaq onların ustadının dediklərinə uyğun olmayan dediklərinə diqqət edilməməlidir.Çünki, ayrılıq yarada bilər. 6. Dünya əhli, yemək, yatmaq və hər şeyin yaxşısını əldə etməkdən başqa bir səyi olmayanlarla əlaqələr zərərlidir, ancaq zərurət miqdarı qədər olmalıdır. 7. Bu yolu gedənlərin dərdi ancaq özü olmalı və özünün mənəvi halı üçün məşğul olmalıdır. Qeybət və onun bunun dalınca danışmaqdan çəkinməlidir, hətta qeybət olmasa belə. 8. Sükuta fikir verməli, lazım olan miqdarda danışmalıdır. Çünki, (mənəvi) problemlərin çoxu dildən qaynaqlanır. 9. Nəfsani istəklərdən çəkinməli, hər hadisədə və nəfsinin itaətsizliyində heç olmasa özü üçün bir seçim nöqtəsi tapmaq üçün istixarəyə baxılmalıdır. 10. Hər iş və əməli gücü çatdığı təqdirdə etməlidir. Ustad və bu yolu gedən dostlarla müşavirə çox lazımlıdır. 11. Bu yolu gedənlər başına gələn işləri, əminlik mərhələsinə yetişənə qədər ustadından başqasına deməməlidir. 12. Allahın qullarını pisləməkdən çəkinməli, özünün islah düşüncəsinə qapılmalı və özündəki nöqtələrin üzərində möhkəm dayanmalıdır ki, beləliklə başqalarının eyibləri nəzərinə gəlməmiş olsun. Əlbəttə, "əmr be məruf" və "nəhyəz munkər" başqa mövzudur. (Bu tərk edilməməlidir). 13. Bütün mücahidə və zəhmətlər, ruhun möhkəmlənmə olması və nəfsin bu təbiət aləmindən qopmasından ötəri olduğundan onun möhkəmlənməsi üçün səy sərf edilməlidir. Onun möhkəmləndirilməsinin yolu isə zikr edilən mövzulara imkan ölçüsündə əhəmiyyət verməkdən keçər. Ehtiyac xaricindəki maddi istiqamətlərin möhkəmlətməsindən çəkinmək lazımdır". Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 İyun, 2015 18:51 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |