|
• DünyadaTəbrizli zəvvar Kərbəlada şəfa tapıbDörd il beynindəki şişdən əziyyət çəkdiynə bədənin sol tərəfi iflic olmuş və hətta sol qulağı da karlaşmış Həsən Cavadpur Kərəbəlada İmam Hüseynin(ə) hərəmində şəfa tapıb. Məlumatı Təbrizdən Kərbəlaya yola düşən zəvvar karvanının başçısı Mahmud Rəsuli verərək onun necə şəfa tapması barədə deyib ki, gecə Seyidüş-Şühədaya(ə) təvəssül etmiş Cavadpur sübhə yaxın hiss edib ki, kimsə onu sübh namazına yuxudan oyadır. Yuxudan ayılıb hərəmdə sübh namazını qılan Cavadpur birdən diqqət yetirib ki, onun sol qulağı eşidir və bədəninin sol tərəfi də artıq iflic deyil. Cavadpur Təbrizə qayıtdıqdan sonra yenidən xəstəliyi ilə bağlı onu müayinə edən həkimə müraciət etdikdə ona bildiriblər ki, beynindəki şiş 2sm balacalaşmışdır. Həsən Cavadpuru müayinə edən həkim Həmid Bizai Əskubi həmçinin bildirib ki, Cavadpurun səhhəti sürətlə yaxşılaşır və onun İmam Hüseyn(ə) vasitəsilə şəfa tapmasına heç bir şübhə yoxdur. Dörd il üzlərindən təbəssüm əskik olmuş Cavadpurun ailəsi həmçinin sevinclərinin həddi-hüdudunun olmadığını bildirərək deyiblər ki, Həsənin fiziki və psixoloji durumu çox yaxşıdır və artıq onun heç bir dərmana ehtiyacı qalmayıb. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Oktyabr, 2011 15:28 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |