|
• DünyadaBMT nümayəndəsi -Yəmənlə bağlı Cenevrə müzakirələri nəticəsiz qalıbBMT-nin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi İsmayıl Vələd Şeyx Əhməd Cenevrədə Yəmən böhranı ilə bağlı müzakirələrin başlanmasından 5 gün sonra, cümə günü mətbuat konfransında müzakirələrin nəticəsiz olduğunu bildirib. Ahlibeyt.az-ın verdiyi xəbərə görə,İrna-nın məlumatında bildirilir ki, BMT-nin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi cümə günü axşam BMT-nin Cenevrə ofisində deyib - Cenevrə müzakirələri nəticəsiz oldu. Amma, belə bir müzakirənin baş tutmasının özü böyük bir müvəffəqiyyət sayılır. İsmayıl Vələd Şeyx Əhməd əlavə edib: Tərəflərin BMT-nin 2216 saylı qətnaməsinə reaksiyası müsbət idi və şübhəsiz Yəmən xalqının ağrı və acılarına son vermək üçün atəşkəsin elan olunmasına şərait var. O, BMT baş katibi Pan Gi Munun da Yəməndə atəşkəsin bərqərar edilməsində israrlı olduğunu vurğulayıb və deyib: Cenevrə müzakirələri Yəmən böhranı ilə bağlı siyasi həll yoluna nail olmaq üçün uzun və çətin bir yolun başlanğıcı idi. BMT-nin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi növbəti müzakirələrin tarixinin məlum olmadığını bildirib və deyib: Nyu-Yorka səfər etdikdən sonra, məsləhətləşmələrin aparılması üçün regiona da səfər edəcəm. Yəmən böhranını həll edəcək tərəf elə yəmənlilərin özləridir və BMT də onlara bu işdə kömək etməyə çalışacaq. İsmayıl Vələd Şeyx Əhməd Husilərin bu məsələyə müsbət yanaşdığını bildirərək qeyd edib ki,atəşkəsə çox yaxınıq. Məsləhətləşmələrin artırılmasına və müzakirələrin 2-ci dövrünə ehtiyac var.Tərəflər arasındakı diplomatik səyləri artırmaq lazımdır və şübhəsiz müzakirələrin növbəti mərhələsindən öncə bir humanitar atəşkəsin şahidi olacağıq Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 İyun, 2015 12:59 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |