|
Dini İcmalar"Gənclərin dini maarifləndirmə" kurslarının təşkilinə başladı Maarifləndirmə layihələrinin həyata keçirilməsinə dini icmalarla yanaşı ilahiyyatçı mütəxəssislər də cəlb olunub.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə Dini Qurumlarla İş Üzrə Dövlət komitəsindən verilən məlumatda bildirilir ki,Dövlət Komitəsi tərəfindən maliyyə yardımı ayrılan bir sıra dini icmalarda milli-mənəvi dəyərlərimizin təbliği və maarifləndirmə işinin təşkili üzrə layihələrə start verilib.
“Gənclər arasında dini maarifləndirmə kursunun təşkili” adı altında həyata keçirilən layihələrdə əsas məqsəd gənclərə İslam dininin əsas anlayışlarının düzgün şəkildə çatdırılması, milli-mənəvi və ənənəvi dəyərlərimizin qorunması, dini radikalizmlə mübarizə və dini icmaların bu istiqamətdəki fəaliyyətinin daha da genişləndirilməsidir.
Maarifləndirmə layihələrinin həyata keçirilməsinə dini icmalarla yanaşı ilahiyyatçı mütəxəssislər də cəlb olunub. Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsi layihələrin təyinatı üzrə həyata keçirilməsi, dini icmalara bu istiqamətdə köməkliyin göstərilməsi, eləcə də mütəxəssislərin kurslarda iştirakının təmin edilməsi üzrə fəaliyyətini davam etdirir.
Qeyd edək ki, Bakı şəhəri üzrə Qaradağ rayonu, Qobustan qəsəbəsi, “Şamlı” məscidi dini icması, Müşfiqabad qəsəbə məscidi dini icması, Qobustan qəsəbəsi “Şıxlar” kənd məscidi dini icması, eləcə də Yasamal rayonu “Xanım Zəhra” məscidi din icması maliyyə yardımı ayrılan dini icmalar sırasındadır.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 İyun, 2015 11:38 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |