|
• Dünyadaİraq ordusu "Dəclə"əməliyyatı zamanı 300 İŞİD silahlısını məhv edibDəclə əməliyyatının komandanı Diyalə vilayətinin terrorçulardan təmizlənməsi əməliyyatı zamanı 300 İŞİD terrorçusunun məhv edilməsindən xəbər verib. Ahlibeyt.az-ın Iran mediasına istinadən məlumatına görə, Dəclə əməliyyatının komandanı general Əbdüləmir Zeydi tabeliyində olan qüvvələrin könüllü xalq qüvvələrinin dəstəyi ilə Diyalə vilayətində 300-dən çox terrorçunu məhv etməsindən xəbər verib. Onun dediyinə görə, öldürülən İŞİD terrorçularının 100-ü əsasən Avropa və Asiya ölkələrindən gəlmiş əcnəbi terrorçular olub. Öldürülənlər arasında İŞİD-in tanınmış komandanlarından bir neçəsinin olduğu da bildirilir. Əbdüləmir Zeydi həmçinin, aralarında çoxlu sayda terrorçu-kamikadze olan 200-dən çox ərəb mənşəli İŞİD ünsürünün də məhv edildiyini bildirib. O bildirib ki, İŞİD Diyalə vilayətinin azad edilməsi əməliyyatı zamanı təhlükəsizlik qüvvələri və könüllü xalq qüvvələrinə qarşı 40-dan artıq terror əməliyyatı həyata keçirib. Amma, bu qüvvələrin irəliləməsinə və yeni uğurlar əldə etməsinə mane ola bilməyib.
Röyter agentliyinin məlumatında İraqın Daxili İşlər Nazirliyi bir bəyanat yayaraq, bildirib ki, təhlükəsizlik qüvvələri İraqın şimalında, Bici şəhərində 20 terrorçunu habelə, terrorçulara məxsus 2 ədəd avtomobili məhv ediblər. İraqın Daxili İşlər Nazirliyinin bəyanatında həmçinin 12 İŞİD terrorçusunun bir əməliyyat zamanı öldürülməsindən xəbər verilir. Daha 7 terrorçu isə İraqın təhlükəsizlik qüvvələrinin başqa bir əməliyyatı zamanı məhv edilib. İraqın Daxili İşlər Nazirliyi öz bəyanatında ümumilikdə 39 İŞİD terrorçusunun təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi əməliyyatlar zamanı məhv və 33 nəfərin də həbs edilməsindən xəbər verib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 İyun, 2015 13:02 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |