|
• DünyadaQafqaz Müsəlmanları İdarəsi və Türkiyənin Dini İşlər İdarəsi arasında birgə bəyannamə imzalanıbQafqaz Müsəlmanları İdarəsi(QMİ) və Türkiyənin Dini İşlər İdarəsi arasında birgə bəyannamə imzalanıb. Bəyənnaməyə QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə və Türkiyənin Dini İşlər İdarəsinin rəhbəri Mehmet Görməz imza atıb. Bəyannamədə hər iki dini qurum arasında bir sıra məsələlər üzrə razılığa gəlinib.Sənəddə o cümlədən qardaş ölkələrin milli və dini dəyərlərinə, ənənəvi İslamın əxlaqi prinsiplərinə uyğun olmayan zərərli dini cərəyanların yayılmasının, Qafqazda, Balkanlarda və Anadoluda daxili səbatsızlığa yol açan separatçı qüvvələrin, terrorçu təşkilatların, vətəndaş qarşıdurması yaradan bölücü hərəkatların ideoloji təbliğatının qarşısının alınmasında müştərək səylərin davam etdirilməsi və birgə əməkdaşlığın gücləndirilməsi barədə razılaşma yer alıb. Həmçinin hər iki qurum arasında dini ali təhsil müəssisələrinin müəllim və tələbələrinin, habelə İmam, Axund və vaizlərin təcrübə mübadiləsinin təşkilinin fəallaşdırılması qərara alınıb. apa.az
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Oktyabr, 2011 20:19 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |