|
• DünyadaTezliklə Məşhəd-Bakı uçuş reysi açılacaq - İranın Azərbaycan Respublikasındakı səfiriİranın Azərbaycan Respublikasındakı səfiri Möhsün Pakayin - Tezliklə Məşhəd-Bakı uçuş reysi açılacaq Ahlibeyt.az-ın İran mediaslna istinadən verdiyi xəbərə görə, İranın Azərbaycan Respublikasındakı səfiri Möhsün Pakayin bazar günü Tehranda keçirilən İran, İraq, Azərbaycan Respublikası və Türkmənistanla praktiki ticarət konfransında bildirib ki, Azərbaycan Respublikası vətəndaşları ildə bir milyon Azərbaycan vətəndaşı istirahət, turizm, müqəddəs məkanların ziyarəti və müalicə üçün İrana səfər edir. İranın şimal-şərqində yerləşən Məşhəddən Bakıya uçuş reysinin açılması üzrə müzakirələrin davam etdiyini bəyan edən Pakayin qeyd edib ki, hər həftə Tehran və Bakı arasında 8 uçuş həyata keçirilir və Məşhəd-Bakı uçuş reysinin açılması ilə 8-ci imam Həzrət İmam Rzanın (ə) ziyarətindən əlavə, İran və Azərbaycan Respublikası iş adamları da bu potensialdan istifadə edə bilərlər. İranın Azərbaycan Respublikasındakı səfiri iki ölkənin ticarət dövriyyəsinin ildə təxminən 500 milyon dollar olduğunu bildirib və deyib: Turizm ticarətinin əlavə olması ilə İran və Azərbaycan Respublikası arasında ticarət dövriyyəsinin dəyəri ildə 1 milyard dolları keçəcəkdir. İranın Bakıdakı səfiri həmçinin Qərbin Rusiya əleyhinə sanksiyalarına toxunaraq hazırkı zaman kəsiyində İran məhsullarının Rusiyanın böyük bazarına ixracı üçün Azərbaycan Respublikası ən yaxşı yol olduğunu vurğulayıb Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 İyun, 2015 16:43 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |