إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ayətullah Amuli Laricani fiqhi və üsuli məsələlərdə yeni tədqiqatların zəruriliyinə toxunub

Quran gündəlik həyatımıza qarışmalıdır, çünki bu müqəddəs kitabın bizim həyatımızın hər sahəsi üçün ən mükəmməl meyarları vardır-Ayətullah Amuli Laricani

Ahlibeyt.az-ın Shabestan-a istinadən verdiyi xəbərə görə, Ayətullah Sadiq Amuli Laricani "Quranın məhkəmə sistemində ruhaniliyi və müqəddəsliyi" devizi altında keçirilən toplantıda Qurana qarşı laqeydliyin və qafilliyin aradan götürülməsi üçün ciddi iş lazım olduğuna və bu barədə tədqiqatların zəruriliyni qeyd edib.

Tədqiqat işinin zəruriliyi bir məsələdir ki, təbliğin zəruriliyi ilə qatışdırılmamalıdır. Bu işlərin hər biri öz yerində zəruridirlər və hər ikisi özünəməxsus diqqət tələb edir. Hər kəs, hər hansı işdə işləməsinə baxmayaraq Qurana laqeyd yanaşmanın və qəflətdə yaşamağın qarşısının alınması üçün ciddi səylər göstərməlidir.

Quran maarifində tədqiq etmək ən əhəmiyyətli və mühüm məsələlərdən biridir ki, Quran tarixi yöndə və sair cəhətlərində baxışları barədə buna ehtiyac duyulur. Əlbəttə tədqiqat məsələsində hamı bir-bir ilə sıx əlaqədə olmalıdır ki, işlər tərkar olunmasın. Bəlkə zəruriyyatı üzrə və ehtiyac hiss olunan sahədlərdə tədqiqatlar həyata keçirilsin. Bunlardan biri də fiqhi və üsuli məsələlərdə yeni tədqiqatların zəruri olmasıdır.

Ayətullah  Laricani bilditib ki, Quran gündəlik həyatımıza qarışmalıdır, çünki bu müqəddəs kitabın bizim həyatımızın hər sahəsi üçün ən mükəmməl meyarları vardır. Allahın kəlamına üns bağlamaq bizə kifayətdir ki, ruhumuzu saflaşdırsın, amma gərək əvvəlcə buna inanaq, Quranla üsn qura bilək və sonra isə digərlərini də buna dəvət edək.

Qeyd edək ki,Ayətullah Sadiq Amuli Laricani hazırda İran Ali Baş Məhkəməsinin sədri vəzifəsində çalışır.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 İyun, 2015  12:16 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!