|
• DünyadaNüfuzlu dini liderlər Astanada toplaşdıQazaxıstanın paytaxtı Astanada dünya və ənənəvi din liderlərinin V qurultayı keçirilir. “Dini liderlərin və siyasi xadimlərin sülh və tərəqqi naminə dialoqu” mövzusunda keçirilən qurultayda 44 ölkədən 112 nümayəndə iştirak edir. Ahlibeyt.az-ın Azertac-a istinadən verdiyi xəbərə görə,iki gün davam edəcək qurultayda Azərbaycanı Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev təmsil edir. Qurultay çərçivəsində “Dini və siyasi liderlər: bəşəriyyət qarşısındakı məsuliyyət”, “Dinin gənclərə təsiri”, “Din və siyasət” və digər mövzularda panel iclasları təşkil olunub. Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə qurultayda çıxış edib, müxtəlif konfessiyaların və dini təşkilatların nümayəndələri, ayrı-ayrı ölkələrin dövlət, siyasi və ictimai xadimləri ilə, məşhur ilahiyyatçı alimlərlə və politoloqlarla görüşüb. Qurultayda Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, BMT-nin baş katibi Pan Gi Mun, Finlandiyanın Prezidenti Sauli Niinistö, Roma-katolik kilsəsinin kardinal-protodiakonu Jan Lui Toran, Fransa mitropoliti Emmanuel Adamakis və başqaları çıxış edərək müzakirə olunan məsələlərə münasibətlərini bildiriblər. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 İyun, 2015 11:10 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |