إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Sünni və şiə arasında ixtilaf salmaqla İslamı zəiflətmək istəyirlər

İranın Kermanşah şəhərində səfərdə olan İranın Ali Dni lideri Ayətullah Seyid Əli Xamenei dünən Kermanşahın sünni və şiə alim və tələbələrilə görüşüb. Görüşdə Ayətullah Xamenei bölgədə baş verən son hadisələrdən və Qərbdə kapitalizmə zidd hərəkatlardan sonra İslama yönəlmənin üçüncü dalğasının yaşandığı bildirərək bu üzdən ruhanilərin vəzifələrinin ikiqat artdığını deyib. O deyib ki, bildirdiyimiz kimi marksizm sisteminin bir nəticə verə bilməyəcəyi öz təsdiqini tapdıqdan sonra kapitalizm sisteminin də bir nəticə verə bilməyəcəyi öz təsdiqini tapmaqdadır.  Bü gün ruhanilərin üzərinə vəzifə düşür ki, günün tələblərinə cavab verən və əqli əsaslarla dünyada artmaqda olan həqiqət axtarışında olanlara məntiqli İslam maarifini təqdim etsinlər.

Ayətullah Xamenei ruhanilərdən yeni İslama yönəlmə mərhələsinə qədəm qoymaq üçün elmi və mənəvi hazır olmalarını istəyərək deyib ki, məbadə bu yoldakı çətinliklər sizi ruhdan salsın. Siz gərək həmişə görüləsi mümkün olmayan işlərin ardınca gedəsiniz.

İran İslam İnqilabını və Misirdə baş verən inqilabı zahirən mümkün olmayan bir hadisə olduğunu bildirən Ayətullah Xamenei ruhanilərin din təbliğində daha böyük amallar güdməsini istəyib.

Yeni mərhələdə düşmənlərin İslam dininə qarşı olan hücumlarına qarşı hazır olmağı zərurət olduğunu deyən vəliyyi-əmr bildirib ki, düşmən bu gün İslam dini barəsində əsasən cavanlar arasında şübhələr yaymaqla məşğuldur ki, onlara qarşı cavanların tələblərinə cavab verən üsul və metodlardan istifadə edilməlidir.

Ayətullah Xamenei bildirib ki, sünni və şiələrin arasında ixtilaf salmaqla dinin zəiflədilməsi məqsədi güdülür ki, bunun üçün şiə və əhli sünnə alimləri ehtiyatlı olmalı və birlikdə düşmənin bu planlarının qarşısını almalıdırlar.

Təkfirçilərin müqabilində dayanmağı əhli sünnət və şiə alimlərinin başlıca vəzifəsidir deyən Ayətullah Xamenei bildirib ki, din təbliğində ən yaxşı metod auditoriyanı tanımaq və zamanın tələbinə uyğun olan dildə onun ehtiyaclarını ona təqdim etməkdir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Oktyabr, 2011  02:10 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!