إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

əl-Əzhər Şeyxi Klintonu Misirin daxili işlərinə qarışmamağa çağırıb

ABŞ-ın dövlət katibi Hillari Klintonun bir neçə gün bundan öncə Misirdə qibtilərlə dövlət arasında yaşanmış insidentə münasibət bildirərkən Misirin Hərbi Şurasına qibtiləri qorumaq üçün ABŞ-ın xüsusi təyinatlı qüvvələrini Misirə göndərməyə hazır olduğunu bildirməsi Misirin din alimlərinin etirazına səbəb olub.

Misirin sabiq müftisi Fərid Vasil deyib ki, Klintonun bu çağırışı Misirin vəhdətini pozmaq məqsədi güdür və bu çağırış əks effekt verəcək. Belə çıxışlar Misirlə ABŞ-ın arasının soyuqlaşmasına gətirib çıxara bilər deyən Fərid Vasil bunu Misiri hədələmək kimi qiymətləndirib.

Fərid Vasil əlavə olaraq deyib ki, 1400 ildir ki, müsəlmanlarla xristianlar Misirdə birgə yaşayırlar və aralarında heç bir ixtilaf olmayıb. Bunu etmək istəyənlər fitnə salmaq və milli vəhdəti pozmaq məqsədi güdürlər.

Fərid Vasil ilə eyni gündə əl-Əzhər Universitetinin rektoru Şeyx Əhməd ət-Teyyib də Klintonun bu çıxışını qınayıb. Əhməd ət-Teyyib deyib ki, bəziləri güman edirlər ki, Misirdə baş verənlər məzhəb qarşıdurmasıdır. Amma bu belə deyil. Bunu törədənlər Misirdə öz mənfəətini güdənlərin muzdurlarıdır ki, Misiri məhv etmək istəyirlər. Buna görə misirlilər ehtiyatlı və ayıq olmalıdırlar ki, ölkədə daxili müharibə baş verməsin. O Klintonun dəyərləndirməsini səhv adlandıraraq deyib ki, xristianların ehtiramı Misirdə ABŞ-da olan ehtiramdan artıqdır. Və buna görə qərblilərin bizim daxili işlərimizə qarışmağa haqqları çatmır.

əl-Əzhər şeyxi həmçinin Hərbi Şuradan tez bir zamanda kilsələrin statuslarını müəyyənləşdirən qanunun qəbul edilməsini istəyib ki, gələcəkdə bir daha bu cür hallar baş verməsin.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Oktyabr, 2011  23:10 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!