إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Ayətullah Cəfər Sübhani - İnsanlar öyrənmək üçün bizim sorağımıza gəlməzdən əvvəl biz onların sorağına getməliyik

"Biz bu gün təkfirçilərin fikri təhdidləri ilə üz-üzəyik. Təkfirçilər cavanların fikri və intellektual əsaslarını oğurlamaq istəyirlər. Biz təkfirçilərin fikri və əqli prinsiplərini gənclərə açıqlamalıyıq ki,gənclərimiz onların batil fikirləri ilə tanış olsunlar və zəhərli təbliğatların qurbanına çevirilməsinlər.

 

Ahlibeyt.az-ın Shabestana istinadən verdiyi xəbərə görə, təqlid mərcələrindən olan Ayətullah Üzma Cəfər Sübhani Qumun "Əəzəm məscidi"ndə "Üsul elmi" dərsinin əvvəlində təkfirçilərin fəaliyyətlərinə işarə edərək bildirib:

 

"Təlim vermək öyrənməkdən əvvəl olmalıdır.İnsanlar öyrənmək üçün bizim sorağımıza gəlməzdən əvvəl biz onların sorağına getməli və bilmədiklərini öyrətməliyik. Allah-Taala da cahillərə öyrənin əmr etməzdən öncə, alimlərə öyrədin əmr etmişdir.

Ayətullah qeyd etmişdir ki, Alimin məsuliyyəti cahilin məsuliyyətindən daha çoxdur. Müxtəlif insanlar dini təlimlərin öyrənilməsi və öyrədilməsində daha ciddi çalışmalıdırlar, bu məsələ çox əhəmiyyətli bir məsələdir.

 

Ayətullah Sübhani əlavə edib:

 

"Biz bu gün təkfirçilərin fikri təhdidləri ilə üz-üzəyik. Təkfirçilər cavanların fikri və intellektual əsaslarını oğurlamaq istəyirlər. Biz təkfirçilərin fikri və əqli prinsiplərini gənclərə açıqlamalıyıq ki,gənclərimiz onların batil fikirləri ilə tanış olsunlar və zəhərli təbliğatlarının qurbanına çevirilməsinlər.

 

O vurğulayıb;

 

"Təkfirçilər zahiri gözəl sözlərlə çalışırlar ki,gəncləri özlərinə sarı cəlb etsinlər. Biz onlara bu icazəni verməməli və təkfirə qarşı olan xalis İslam təlimlərini gənclərə öyrətməliyik.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 May, 2015  21:06 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!